Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Cənubi Qafqaz keysini İran keysi ilə biləşdirib? Rikerin gedişinin arxasında hansı sirr gizlənir?

Keçən həfdə Filip Riker fəaliyyət müddətini bitirib və vəzifəsindən ayrılıb. Onun yerinə təyinatda olmayıb...

Siyasi-şərhçi: “Düşünmürəm ki, ABŞ Dövlət Departamentində struktur islahatları keçirib Cənubi Qafqazı İran kontekstində görsünlər”.

“Cənubi Qafqazı və Azərbaycanı İranda baş verən hadisələrin tərkib hissəsi kimi görmək xətti ABŞ-da görünmür. Belə ehtimalın aşağı olduğunu düşünürəm”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Rikerin vəzifəsindən ayrılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Ötən həftə ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Riker fəaliyyət müddətini bitirib və vəzifəsindən ayrılıb. Bu barədə məlumat verən Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib ki, səlahiyyət müddəti bitən Rikerin yerinə təyinat gözlənilmir. Qeyd edk ki, Filip Rikerin səlahiyyət müddəti yanvarın 5-də bitib. Bəzi iddialara görə Filip Rikerin səlahiyyət müddətinin uzadılmamasının səbəbi ABŞ-ın Cənubi Qafqaza qarşı yeni siyasi kurs təyin etməsi ilə əlaqəlidir. Belə ki, iddialara görə Vaşinqton artıq bütün diqqətini İrana yönləndirib və Cənubi Qafqaz keysi ilə İran keysini billəşdirib. Bundan sonra İrana qarşı Cənubi Qafqazdan, xüsusən də Azərbaycandan daha aktiv istifadə olunacaq. İdiilara görə ABŞ Cənubi Qafqazda Azərbaycan, Türkiyə və İsraili İrana qarşı istifadə edəcək və üçlük ittifaqı regiondakı geosiyasi mənzərəni tamamilə dəyişəcək.

Bu iddiaları nə qədər ciddi hesab etmək olar və ABŞ-ın belə bir planı geosiyasi baxımdan Azərbaycan-Ermənistan münaqişəsinə necə təsir edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Yaxın gələcəkdə ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunacaq”.

30 il ərzində Qərbin Cənubi Qafqaza daha çox Rusiya və Türkiyə kontekstində baxdığını xatırladan ekspert PİA.az-a bildirib ki, ümumilikdə götürdükdə Cənubi Qafqaza İrandan daha çox Mərkəzi Asiya kontekstində baxılır:

“Düşünmürəm ki, ABŞ Dövlət Departamentində struktur islahatları keçirib Cənubi Qafqazı İran kontekstində görsünlər. Çünki ənənə belə idi ki, 30 il ərzində Qərbin Cənubi Qafqaza daha çox Rusiya və Türkiyə kontekstində baxılırdı. Ümumilikdə götürdükdə isə Cənubi Qafqaza İrandan daha çox Mərkəzi Asiya kontekstində baxılır. Buna görə də bunu İranda baş verən hadisələrin tərkib hissəsi kimi görmək xətti ABŞ-da görünmürr. Belə ehtimalın aşağı olduğunu düşünürəm.

Düşünürəm ki, yaxın gələcəkdə ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə təyinat olacaq. Çünki Cənubi Qafqazda yenə də ayrı bir region kimi Rusiya konteksti və Mərkəzi Asiya konteksti var. Türkiyə və Qara dəniz də fiziki olaraq ABŞ üçün bu regiona təsir etmək imkanlarını artırır. Buna görə də xususi nümayəndə məhz bu münaqişələrin həlli, əsasən də Azərbaycan-ErmənistanErmənistan-Türkiyə münasibətləri üçün təyin edilməlidir. Çünki indi əsas olaraq bu mövzular aktualdır. Bütün bunları nəzərə alarsaq, Cənubi Qafqazı İranla bağlamaq o qədər də məntiqli görünmür”.

Nərminə UMUDLU
pia.az


Etiket: Təyinat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar