Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada terror aktı törətmək istəyən iranlılar saxlanılıb

Yanvarın 8-nə keçən gecə Almaniyanın terrorla mübarizə üzrə polisinin xüsusi təyinatlıları 32 yaşlı İran vətəndaşını dini zəmində terror aktı hazırlamaqda şübhəli bilinərək saxlayıb...

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, polisin xüsusi təyinatlı qüvvələri gecə yarısı Kastrop-Rauxel şəhərində bir iranlının mənzilinə basqın ediblər.

Şübhəli, eləcə də onun qardaşı olduğu güman edilən başqa bir şəxs küçəyə çıxarılıb, yalnız alt paltarı və köynəklə çölə çıxarılaraq polis mikroavtobusuna mindirilib. Onların heç biri müqavimət göstərməyib.

“Təqsirləndirilən şəxs dövlət üçün təhlükə yaradan ciddi zorakılıq aktı hazırlamaqda şübhəli bilinir”, - prokurorluğun sözçüsü bildirib.

Saxlanılan şəxs kimyəvi döyüş maddəsi olan risin, həmçinin yüksək dərəcədə zəhərli sianid əldə etməkdə ittiham olunur. İstintaq orqanları onun hücumu hazırlamaqda nə qədər irəlilədiyini dəqiqləşdirməyiblər. Terror aktının mümkün hədəfləri barədə məlumat verilməyib.

“Bild” qəzetinin məlumatına görə, Cinayət işləri üzrə Federal İdarə iranlını bir neçə gün müşahidə altında saxlayıb. Hücumun hazırlanması ilə bağlı məlumat Almaniya təhlükəsizlik qüvvələrinə “dost kəşfiyyat xidməti”ndən daxil olub.

pia.az


Etiket: Almaniya terror


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Ən çox oxunanalar