Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Könül İsmayılova: “Bu il Azərbaycan və Ermənistan arasında eskalasiya baş verə bilər”

“Lakin Laçın dəhlizində baş verənlər, eləcə də tərəflərin prinsipial mövqelərində güzəştə getmək istəməmələri AzərbaycanErmənistan arasındakı münasibətləri daha da pisləşdirir”.

Bu sözləri Müasir Müsavat Partiyasının Siyasi Şurasının və İH-nin üzvü Könül İsmayılova AzərbaycanErmənistan arasında hərbi eskalasiyanın başvermə riskini PİA.az-a şərh edərkən qeyd edib.

Beynəlxalq ekspertlər bu il AzərbaycanErmənistan arasında hərbi eskalasiyanın başvermə riskini yüksək qiymətləndirirlər. Sülh müqaviləsi ətrafındakı fikir ayrılığı, 44 günlük müharibədən sonra bölgədə yaranmış situasiyanın dəyişdirilməsi cəhdləri bu gözləntiləri artırır.

Bəs eskalasiya iddiası real ola bilər, yoxsa sülh sazişinin imzalanması istiqamətində yenə addımlar atılacaq?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının Siyasi Şurasının və İH-nin üzvü Könül İsmayılova ilə müzakirə edib.

Könül İsmayılova: “Ümid edirəm ki, Ermənistan öz gələcəyini düşünərək başqa yollara əl atmayacaq və sülh müqaviləsinə gələcək”.

Yerəvan havadarlarının verdikləri öhdəliklərə görə arxayın davrandığını və vaxtı uzatmağa nail olduğunu vurğulayan Könül İsmayılova bildirib ki, rəsmi Bakının da səbrinin sonu var:

“Bildiyimiz kimi Prezident İlham Əliyev keçən ilin oktyabrda Praqada keçirilən görüşdən sonra AzərbaycanErmənistan arasında ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağı ehtimalını səsləndirmişdi. Keçən il AzərbaycanErmənistan arasındakı münaqişəni sülhə bağlamaq üçün Avropa İttifaqı, ABŞRusiya diplomatik səylərini artırsa da, razılaşma əldə etmək mümkün olmadı.

Düşünürım ki, iki ölkə arasında 2023-cü ildə sülh danışıqlarının uğurlu olması qarşılıqlı etimadın yaradılması istiqamətində atılacaq addımlardan asılı olacaq. Lakin Laçın dəhlizində baş verənlər, eləcə də tərəflərin prinsipial mövqelərində güzəştə getmək istəməmələri AzərbaycanErmənistan arasındakı münasibətləri daha da pisləşdirir. Buna görə təəssüflə deyə bilərəm ki, bu il AzərbaycanErmənistan arasında eskalasiya baş verə bilər.

Könül İsmayılova: “İki ölkə arasında 2023-cü ildə sülh danışıqlarının uğurlu olması qarşılıqlı etimadın yaradılması istiqamətində atılacaq addımlardan asılı olacaq”.

Onu da qeyd edim ki, son günlər Azərbaycan-Ermənistan arasında mümkün eskalasiya ilə yanaşı, Bakının erməni qoşunların Qarabağdan çıxarılması öhdəliyinin icrası istiqamətində də praktiki addım ata biləcəyi gözləntisi daha da artır. Təbii ki, bu il Ermənistan yenə də sülh müqaviləsindən qaçmaq üçün müxtəlif variantlara əl atsa və sərhəddə atəşkəs rejimini pozsa, bu zaman Azərbaycanın onlara qarşılıq verməkdən başqa yolu qalmayacaq.

Ümid edirəm ki, Ermənistan öz gələcəyini düşünərək başqa yollara əl atmayacaq və sülh müqaviləsinə gələcək. Yerəvan havadarlarının verdikləri öhdəliklərə görə arxayın davranır və vaxtı uzatmağa nail olur. Amma rəsmi Bakının da səbrinin sonu var”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

İsrail Livana zərbə endirib, ölənlər və yaralananlar var

Ən çox oxunanalar