Faktla bağlı araşdırma aparılır...
Şəkidə mikroavtobus TIR-la toqquşub, xəsarət alan var.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin "Daş Qaya" adlanan ərazisində baş verib.
Belə ki, Şəkidən Suçma kəndi istiqamətində hərəkət edən "Ford" markalı mikroavtobus TIR markalı yük avtomobili ilə toqquşub.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən biri - 67 yaşlı Minayə Əlixanova xəsarət alıb.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Şəkidə eyni ərazidə dörd gün ərzində ikinci dəfədir mikroavtobus qəzası baş verib.
pia.az