Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur müğənninin konsertini polis dronla izləyəcək

Daha əvvəl həbs edilən məşhur türkiyəli müğənni Gülşənin konserti polis tərəfindən dronla izləniləcək...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Polis Şöbəsi şəhərdə Yeni ildən 3 gün əvvəl başlayacaq təhlükəsizlik tədbirləri çərçivəsində hava və dəniz tətbiqlərini həyata keçirəcəyini bildirib. Şöbə bu çərçivədə təxminən 6 min polisin iş başında olacağını və Gülşənin Yeni il gecəsi səhnəyə çıxacağı Gündoğdu Meydanına pilotsuz təyyarə ilə nəzarət edəcəyini açıqlayıb.

Şəhərdə 29 dekabr - 1 yanvar tarixləri arasında planlaşdırılan və təxminən 6 min polisin iştirakı ilə həyata keçiriləcək işlərdə oğurluq, dava və təcavüz kimi hadisələrə qarşı təqib və yoxlamalar gücləndiriləcək.

Tədbirlər çərçivəsində quruda aparılan yoxlamalarla yanaşı, vertolyot və dronlarla hava yolu, dəniz nəqliyyatı vasitələri ilə isə dəniz nəzarətdə saxlanılacaq. Avtobus dayanacaqlarının, bərə dayaqlarının, metro və tramvay stansiyalarının giriş-çıxışlarında nəzarət-buraxılış məntəqələri yaradılacaq. Tədbirlər çərçivəsində əyləncə mərkəzlərində də saxta içkilərlə bağlı yoxlamalar aparılacaq. Yeni il gecəsi üçün şəhər mərkəzindən Çeşmədə polis gücləndirmələri ediləcək.

Polis Gülşənin səhnə alacağı Yeni il konsertinin planlaşdırıldığı Gündoğduda dronla görüntülər çəkəcək. Hərəkətə nəzarətlə yanaşı, Kordona gedən yollarda da təhlükəsizlik nəzarəti həyata keçiriləcək.

Qeyd edək ki, Gülşən İmam Hatip liseyini bitirən rəfiqəsinə etdiyi zarafata görə 4 gün həbsdə olub və daha sonra sərbəst buraxılıb.

pia.az


Etiket: Gülşən

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Ən çox oxunanalar