Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin yeni oyunu - Separatçılar qanunsuz istismarlarını hüquqiləşdirmək üçün BMT-yə müraciət ediblər...

“Base Metals” şirkəti “Dəmirli” mis-molibden yatağında qanunsuz istismarını dayandırmaq qərarına gəlib...

Politoloq: “Separatçıların təbii sərvətlərimizin istismarını dayandırması qərarı onların öz işləridir. Bu, Azərbaycan üçün heç bir məna kəsb etmir”.

“Fəaliyyəti dayandırmala beynəlxalq təşkilatlara ekoloji ekspertiza üçün müraciət edilməsi fikri onu göstərir ki, şirkət idarəçiləri qorxu içərisindədirlər”.

Bu sözləri politoloq Azər Qasımov separatçıların təbii sərvətlərimizin istismarını dayandırması qərarını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən separatçılar bəyanat yayaraq bildirib ki, “Base Metals” şirkəti “Dəmirli” mis-molibden yatağında qanunsuz istismarını dayandırmaq qərarına gəlib. Eyni zamanda ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etmək qərara alınıb.

Separatçıların bu qərarını necə dəyərləndirmək olar? Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisinə separatçıların və yaxud da Ermənistanın beynəlxalq ekspertlər dəvət etməsi BMT nizamnaməsinə və beynəlxalq qaydalara nə qədər uyğundur? Həmçinin BMT Azərbaycanın icazəsi olmadan Qarabağa hər hansı missiya yollaya bilərmi?

Ermənistanın növbəti oyununu PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Nəinki BMT, heç bir qurum və təşkilat Azərbaycanın icazəsi və razılığı olmadan Qarabağa hər hansı bir missiya yollaya bilməz”.

Azərbaycan dövlətinin hər zaman atdığı addımlarda beynəlxalq hüququn norma və prinsipləri əsasında hərəkət etdiyini xatırlada politoloq PİA.az-a bildirib ki, bununla yanaşı BMT və başqa digər təşkilatların belə bir fikri olsa idi, onda 30 il erməni işğalı nəticəsində min bir əzab və əziyyətə düçar olmuş azərbaycanlıların hüquqlarını yada salardılar:

“Separatçıların təbii sərvətlərimizin istismarını dayandırması qərarı onların öz işləridir. Bu, Azərbaycan üçün heç bir məna kəsb etmir. Tək adı çəkilən “Base Metals” şirkəti deyil, Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçən Vallex Group, ACP, Lerna Metalurgiayi İnstitute şirkətləri daxil bütün şirkətlər, onların yaradıcısı ölkələr və şəxslər hamısı beynəlxalq qanun qarşısında cavab verməli olacaqlar.

Fəaliyyəti dayandırmala beynəlxalq təşkilatlara ekoloji ekspertiza üçün müraciət edilməsi fikri isə onu göstərir ki, şirkət idarəçiləri qorxu içərisindədirlər. Yaxşı başa düşürlər ki, indiyə kimi Azərbaycan təbiətinə və dövlətinə vurduqları ziyana görə təzminat ödəməyə məcbur ediləcəklər, ona görə əl-ayağa düşüblər. Ermənilər indi qabaqdangəlmişlik edirlər. Əvvəla onlar kimdir ki, Azərbaycan ərazisinə hansısa ekspertlər dəvət etməkdən danışırlar? Kimi dəvət etmək lazımdırsa, Azərbaycan dövləti bunu yaxşı bilir və qərarı da özü verəcək. Bu, hansısa oğru və quldurlardan təşkil edilmiş bir şirkətin işi deyil.

Azər Qasımov: “Bu şirkətlər əgər belə beynəlxalq hüquqa inanan idilərsə, onda ilk növbədə beynəlxalq arenada və BMT-də rəsmən Azərbaycan əraziləri hesab edilən Qarabağda fəaliyyət göstərmək üçün Azərbaycandan icazə alınmalı olduğunu bilməli idilər”.

Qaldı ki, nəinki BMT, heç bir qurum və təşkilat Azərbaycanın icazəsi və razılığı olmadan Qarabağa hər hansı bir missiya yollaya bilməz. Bu o vaxt ola bilər ki, Azərbaycan dövləti öz hərəkətləri ilə hər hansı qeyri-insani addım ata və həmin ərazidə yerləşən insanların həyatı üçün təhlükə yaradan və ya onların məhvinə yönəlik hərəkətlərə yol versin. Bu isə mümkün deyil. Azərbaycan dövləti hər zaman atdığı addımlarda beynəlxalq hüququn norma və prinsipləri əsasında hərəkət edir. Bununla yanaşı BMT və başqa digər təşkilatların belə bir fikri olsa idi, onda 30 il erməni işğalı nəticəsində min bir əzab və əziyyətə düçar olmuş azərbaycanlıların hüquqlarını yada salardı.

Bu şirkətlər əgər belə beynəlxalq hüquqa inanan idilərsə, onda ilk növbədə beynəlxalq arenada və BMT-də rəsmən Azərbaycan əraziləri hesab edilən Qarabağda fəaliyyət göstərmək üçün Azərbaycandan icazə alınmalı olduğunu bilməli idilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ən çox oxunanalar