Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Apple”ın iPhone satışından nə qədər qazandığı məlum olub

İlin üçüncü rübü üçün smartfon bazarı məlumatları açıqlanıb...

PİA.az “WebTekno”ya istinadən məlumat verir ki, sənayenin lideri “Apple” olub. Samsungun gəlirləri isə əksinə azalıb.

Bazar araşdırması şirkəti “Counterpoint”in 2022-ci ilin üçüncü rübü üçün açıqladığı smartfon məlumatlarına əsasən, bazardakı ciddi daralma nəticəsində smartfonların satışı azalıb.

Araşdırmaya görə, üçüncü rübdə şirkətlərin gəlirləri 3%, satış rəqəmləri isə 12% azalıb. Sənaye bu 3 aylıq müddət ərzində təxminən 100 milyard dollar gəlir əldə edib.

Xəbərə görə, smartfon bazarının məlumatları 5G telefonlarının artıq standart olduğunu ortaya qoyub. Çünki 100 milyard dollarlıq gəlirin 80%-i 5G dəstəyi olan telefonlardan əldə edilib. Beləliklə, 5G telefonları üçün bütün zamanların rekordu qırılıb.

“Counterpoint”in bazar araşdırmasına görə, “Apple” üçüncü rübdə bazar payının 42%-nə hakim olub. Yəni şirkətin kassasına daxil olan pul 42 milyard dollar səviyyəsində olub. “Apple”ı 18 milyard dollar gəlirlə “Samsung”, 8 milyard dollarla “Xiaomi”, 6 milyard dollarla “Oppo” və “OnePlus”, 5 milyard dollarla “Vivo” izləyir. Digər markaların gəliri isə 20 milyard dollar olaraq qeydə alınıb.

pia.az


Etiket: Apple iPhone

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Ən çox oxunanalar