Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MMP-nın rayon təşkilatlarından Laçın-Şuşa yolunda keçirilən aksiyaya münasibət

Artıq doqquz gündür ki, Laçın-Şuşa yolunda aksiyamız davam edir.

Hər kəs həvəslə, coşqu ilə Azərbaycanın mənafeyinə uyğun şüarlar səsləndirir. Aksiyaya qatıla bilməyən şəxslərin də ürəyi oradadır. Aksiyaya dəstək olaraq Müasir Müsavat Partiyasının təşkilatları da öz fikirlərini bildiriblər.

PİA.az həmin fikirləri təqdim edir:

Laçın koridoruna birmənalı olaraq Azərbaycanın sərhəd qoşunları və gömrük xidməti nəzarət etməlidir. Bu hansı ölkənin praktikasında var ki, ölkəyə icazəsiz kimlərsə dünyanın hər yerindən gəlib getsin, təbii sərvətlərini talan eləsin, separatçı çıxışlar etsin və s. Rusiya, ABŞ, Fransa öz ölkələrində buna yol verərlərmi? Ərazi bütövlüyümüz Cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında silahlı qüvvələrimiz tərəfindən təmin olunub. Suverenliyimizi isə xarici qüvvələr hər vəchlə pozmağa çalışırlar.

Üçtərəfli razılığa əsasən Qarabağda yerləşdirilmiş sülhməramlılar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Separatçıların rəhbərləri onların rəhbərlərini belə qızıl yataqlarına buraxmırlar. Ermənistan Qarabağda 30 illik hegemonluğunu davam etdirmək fikrindən daşınmalı, Vardanyanlar rədd olub getməlidir. Qarabağ Azərbaycandır.

MMP Nərimanov Rayon Təşkilatının sədri, şəhid atası Rəhim Qəmbərov

Bu günki vəziyyət heç də sevindirici hal deyil .30 ildir torpaqlarımız işğal altındadır .Rusların sülhməramlı adı altında ərazimizdə yerləşən ordusu heç də xeyirxah əməllə yerləşdirilməyib.Ölkəmizin sərvətlərini daşıyıb talan edirlər. Laçın, Şuşa - Xankəndi yolunu bağlayıblar. Artıq xalqın səbri tükənib, onlar aksiya təşkil edib yolun açılmasını,rusların torpaqlarımızdan dəf olub getmələrini istəyirlər. Ruslar əli yalın xalqın üstünə ağır texnikalarla gəliblər. Bu necə sülhməramlı oldu? Sülhməramli əlində sülh quşu ilə gələr. Nə istəyirlər bu quduzlar? Qoymurlar öz torpağımızda dinc yaşayaq. Rədd olsunlar torpaqlarımızdan!

MMP Gəncə Şəhər Təşkilatı

Aksiyaçılar haqlıdırlar. Bu dəhliz ermənilərin çirkin əməllərinin, soyğunculuğunun, narkotikliyinin yolu deyil. Rusiya sülhməramlıları erməni terrorçuların tərəfini saxlıyır, bəzi xarici ölkələrdən ermənilərə dəstək gəlir. Erməni terroçuları da istədikləri yerə mina basdırırlar.

Müqaviləyə görə atəş dayandırılıb, ancaq ermənilər murdar əməllərindən əl çəkmirlər. Nəyə görə Kəlbəcərdə bizim hərbiçimiz mina partlamasından həlak oldu? Bu qədərdə haqsızlıq olmaz. Dünya bu terrora göz yummamalıdlr. Aksiyaçılar sülh məramlıların bu yola nəzarət etməyini istəmirlər. Onlar haqlıdırlar və bu yolda gömrük postunun qurulmasını haqlı tələb edirlər.

MMP Naftalan Şəhər Təşkilatı

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkəmizdə apardığı siyasəti sübut elədi ki, bu günkü gündə Rusiyanın Qarabağda göndərdiyi kantingeni hər zaman Azərbaycana qarşı satqınçılıqla məşğuldur və Azərbaycan qarşı terror işləri aparır. Buna da Azərbaycan xalqı və dövləti hər zaman olduğu kimi öz mövqeyini bildirir. Azərbaycan xalqı və onun Prezidenti Cənab İlham Əliyev hər bir görüşündən Azərbaycan xalqının humanist olduğunu dünyaya sübut elədi ki, biz üç tərəfli müqaviləni pozmuruq sözümüzə əməl edirik. Buna baxmayaraq Qarabağda yaşayan ermənilər Azərbaycan hökuməti yaşamaq statusu verir. Bununla da bütün dünyaya sübut edir ki, Azərbaycanın Prezidenti Cənab İlham Əliyev ölkəsində sülh və əminamanlıq istəyir

MMP Qəbələ Rayon Təşkilatı

Şuşa-Laçın yolunda ekoloji terrora son tələbi ilə 9 gündür keçirilən etiraz mitinqinə həmrəy olduğumuzu bəyan edirik və dəstəkləyirik.

Müasir Musavat Partiyası Biləsuvar rayon Təşkilatı

Qarabağda baş verən son durum, bir qrup ictimai fəallarımızın keçirdiyi aksiyaları dəstəkləyirəm. Rus sülhməramlılarının iki başlı oyunlarını qınayır, öz etirazımı bildirirəm. Mən heç zaman razı ola bilmərəm ki, vətənimizin sərvətini hansısa yadellilər talan, qarət etsinlər. Aidiyyatı qrumlardan xahiş edirəm ki, həmin aksiyada biz Tərtər rayon Müasir Müsavatçılarada iştirak etməyimizə imkan yaratsınlar.

Hörmətli sədrimiz Hafiz Hacıyev keçən bu iki il müddətində hər çıxışında, rus sülhməramlılarının ermənilərin tərəfini saxladığını, ermənilərin ölkəmizin ərazisində silahlandırdıqlarını və Qarabağ torpaqlarında olan maddi sərvətlərimizin talandığını açıq aydın media vasitəsilə daimi işıqlandırıb. Hal-hazırda aksiya iştirakçılarımızın əli yalın və sivil qaydada keçirdikləri aksiyaları sona qədər dəstəkləyirəm. Qarabağ Azərbaycandır. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!

MMP Tərtər Rayon Təşkilatı

pia.az 


Etiket: Aksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar