Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mixayloviç vəfat etdi

“Torino”, “Fiorentina” klublarının və Serbiya millisinin sabiq baş məşqçisi Sinişa Mixayloviç 54 yaşında vəfat edib.

Bu barədə jurnalist Fabrizio Romano “Twitter” hesabında məlumat verib.

2019-cu ildə Mixayloviçə leykoz diaqnozu qoyulub. O müalicə aldıqdan sonra vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin 2022-ci ilin yazında xəstəlik yenidən baş qaldırıb.

Qeyd edək ki, bütün bu müddət ərzində Mixayloviç məşqçi karyerasını davam etdirib.

Sinişa Mixayloviç futbolçu kimi fəaliyyət göstərdiyi dönəmlərdə müdafiəçi kimi çıxış edib. O, “Roma”, “Srvena Zvezda” klublarında oynayıb, lakin daha çox “Latsio”dakı (1998-2004) oyunları ilə yadda qalıb.

Mixayloviç karyerasını 2006-cı ildə “İnter”də başa vurub. Beynəlxalq səviyyədə Mixayloviç əvvəlcə Yuqoslaviyanı, sonra isə Serbiya və Monteneqro yığmasını təmsil edib.

2006-cı ildə “İnter”də köməkçi kimi məşqçilik karyerasına başlayıb. Bundan sonra o, “Fiorentina”, Serbiya millisi, “Sampdoriya”, “Torino” kimi klublarda çalışıb. Son üç mövsümdə Mixayloviç “Bolonya” klubuna rəhbərlik edib, 2022-ci ilin sentyabr ayının əvvəlində vəzifəsini tərk edib. (oxu.az)

pia.az 


Etiket: Mixayloviç


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Abdelmajid Tebbun yenidən Əlcəzairin prezidenti seçilib

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Ən çox oxunanalar