Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" üzrə 2023-cü il Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb.

Bakı Şəhər Halqasından (BȘH) verilən məlumata görə, ötən illərlə müqayisədə rekord rəqəmlər qeydə alınıb.

Yarış üçün erkən bilet satışına dekabrın 15-də start verilib. Bbir sutka ərzində bilet satışının göstəriciləri ötən illə müqayisədə iki dəfə artaraq, son 6 mövsümün rekordu həddinə yüksəlib.

Bakıda 7-ci dəfə keçiriləcək mötəbər idman tədbirinə ilk biletlərin sahibi Böyük Britaniya vətəndaşıdır. Hazırki nəticəyə əsasən, azarkeşlər 23 fərqli ölkəni təmsil edir. İlk üçlükdə Böyük Britaniya, Azərbaycan və Türkiyə yer alır.

İndidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faizlik erkən satış endirimindən yararlana biləcəklər. Ənənəvi “early bird” kampaniyası dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün 110 manatdan 480 manatadək dəyişir.

Biletləri BȘH-nin rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya "28 Mall", "Gənclik Mall", Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4 və ASAN Sumqayıt yerli satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28 - 30 apreldə təşkil olunacaq.

pia.az 


Etiket: Formula 1


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar