Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - Fotolar

Məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib...

Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında “Heydər ƏliyevAzərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilmiş və bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxışlar etmişlər. Yekun konfransında rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınmış və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə «Heydər ƏliyevAzərbaycan tarixi» adlı növbəti kitab işıq üzü görmüşdür.

Bakı Şəhər İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyi, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri və bir sıra orta məktəblərin rəhbərləri, KİV nümayəndələrinin iştirakı ilə keçirilən və şagirdlərin özlərinin sədrlik etdiyi təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Ulu Öndər Heydər Əliyev və Vətən müharibəsində qazandığımız tarixi Qələbəmizdən bəhs edən video-çarx nümayiş etdirildi.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, hər dəfə Azərbaycan tarixinə ekskurs edərkən dahi Heydər ƏliyevPrezident İlham Əliyevin fenomenini daha yaxından başa düşürsən. Azərbaycan tarixində görkəmli şəxsiyyətlər çoxdur, lakin Heydər Əliyevin tariximizdəki yeri əvəzedilməzdir.

Bu gün dünya əhalisinin 25 faizini müsəlmanlar təşkil edir və son 200 il ərzində ilk dəfə müsəlman ölkəsi öz torpağını azad etməyə nail olub. Bu da Azərbaycandır.
Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Səbail rayonu 6 nömrəli məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova, Nizami rayonu, 201 nömrəli məktəbin müəllimi Nahidə Əliyeva, Suraxanı rayonu, 118 nömrəli məktəbin 10-cu sinif şagirdi Fatimə Məmmədli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Şükürovun oğlu Ümid Şükürlü və başqaları çıxış edərək rayonlarda keçirilən tarix konfransları, şagirdlərin hazırladıqları referatlar barədə məlumat verdilər. Bildirildi ki, ənənəvi olan və hər il on minlərlə şagirdi əhatə edən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər ƏliyevAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu, Vətən müharibəsində qazanılan Şanlı Qələbə barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Son nəticədə isə belə bir kitab işıq üzü görmüşdür.

Qeyd olundu ki, Bakı şəhər məktəblərində keçirilən tarix konfranslarında Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan və 2000-dən çox şagirdin hazırladığı monoqrafiyaların paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.
Ənənəvi xarakterli bu tədbirin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.

Fotolar

pia.az 

 


Etiket: Kitab


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar