Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şura sədri: “Ərazilərimizdə qızıl və mis yataqlarının qanunsuz istismarına qarşı etiraz edirik”

“Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qızıl və mis yataqların qanunsuz istismarına qarşı vətəndaş cəmiyyəti olaraq etiraz edirik”.

Bunu “Report”a açıqlamasında Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasında iştitrak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctmai Şuranın sədri Amin Məmmədov deyib.

Şura sədri xatırladıb ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları həmin ərazilərdə monitorinq keçirmək istəsə də, buna imkan verilməyib:

“Təəssüf ki, sülhməramlılar missiyasına uyğun olaraq təxribatın qarşısını almadı və ya ala bilmədi. Nəticədə monitorinqi keçirmək mümkün olmadı. Buradan onlara səslənirəm ki, əgər söz verib öhdəlik götürmüsünüzsə əməl edin”.

“Qarşı tərəf belə bir iddia ortaya atıb ki, guya etirazçılar yolu bağlayıb. Azərbaycan tərəfi rəsmi bəyanat yaydı ki, yolu bizim ölkəmiz yox, məhz Rusiya sülhməramlıları bağlayıb. Humanitar yüklər və təcili tibbi yardım avtomobilləri yoldan istifadə edə bilsələr də, bunu etmirlər. Odur ki, bütün bunlar hamısı şayiədir” – A.Məmmədov əlavə edib.

pia.az 


Etiket: Amin Məmmədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

Formula 1-dən sonra yollarda bütün məhdudiyyətlər aradan qaldırılıb

Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı artırılıb

Ən çox oxunanalar