Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəli mütəxəssislər FHN-də tibb heyəti üçün təlim keçib

Türk mütəxəssislər FHN-də tibb heyəti üçün təlim keçdi...

5-9 dekabr 2022-ci il tarixlərində Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu və Fəaliyyət Planının 2-ci Əlavəsinin 113-cü maddəsinin icrası ilə bağlı Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin Milli Xilasetmə Dəstəsinin mütəxəssisləri (UMKE) Fövqəladə Hallar Nazirliyinin bir qrup tibbi heyəti, Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin nümayəndələri üçün təlim keçirib.

FHN-in saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında baş tutan təlimin açılış mərasimində çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev tədbir iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Daha sonra UMKE heyətinin üzvü, Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Fövqəladə hallar idarəsinin rəisi Şükrü Yorulmaz tədbir iştirakçılarına təlim haqqında ətraflı məlumat verib.

Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev və FHN-in Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva təlimin həyata keçirilməsinə görə minnətdarlıqlarını bildirərək, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, bu təlim Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə mühüm töhfə verəcək.

Açılış mərasimindən sonra təlimə start verilib. Təlim nəzəri və praktiki hissələrdən ibarət olub. FHN-in Akademiyasında keçirilən təlimin nəzəri hissəsində türkiyəli mütəxəssislər məşğələlər formasında bilik və bacarıqlarını azərbaycanlı həmkarları ilə bölüşüblər.

FHN-in Mülki müdafiə qoşunlarının Təlim poliqonunda keçirilən təlimin praktiki hissəsində tibb heyətinə dağıntı və sair fövqəladə hallar zamanı zərərçəkmişlərə ilkin tibbi müdaxilə və yaradılmış səhra xəstəxanalarında əməliyyat barədə praktiki biliklər verilib.

Təlimin bağlanış mərasimi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında baş tutub. Mərasim zamanı iştirakçı tibbi heyət müvafiq sertifikatlarla mükafatlandırılıb.

pia.az


Etiket: FHN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Komaya düşən tanınmış meyxanaçının son vəziyyəti açıqlandı - Yenilənib

Bəylə-gəlin futbola görə toylarını dayandırdılar - Video

Ən çox oxunanalar