Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çuxçe ölkəsinin qızı: Kim Çen Inın “qiymətli övladı” haqqında nə məlumdur…

KXDR lideri öz qızını niyə bütün dünyaya göstərdi? Kimin bütün övladalrının sirri…

İlin sonuna yaxın KXDR lideri Kim Çen In hamı üçün problem yaratdı. Bu yaxınlarda o, qəfildən dünyaya böyük ehtimalla adı Kim Çje E olan 10 yaşlı qızını göstərdi. Kim Çje E atası ilə heç də uşaq tədbiri adlandırmağın imkansız olduğu iki tədbirdə göründü. Ata və qızı yeni və ən güclü “Hwaseong-17” raketinin sınaq uçuşunu izlədilər.

Aydındır ki, Kim Çen In öz qızını təsadüfən üzə çıxarmadı. Bununla bağlı ekspertlər müxtəlif versiyalar irəli sürürlər. Ola bilsin ki, Şimali Koreyanın rəhbəri xalqı gələcək varisi ilə tanış etmək qərarına gəlib. Və ya bəlkə də, Kim Çen In belə ekstravaqant şəkildə, ABŞ-ın bütün ərazilərini vurmağa qadir olan qitələrarası ballistik raketin sınaq buraxılışının sevincini qızı ilə bölüşmək istəyib.

“Qızım, bax, raketlər necə uçur”

Kim Çün In öz qızını ilk dəfə noyabrın 18-də “Hwaseong-17” qitələrarası ballistik raketinin buraxılışı zamanı üzə çıxartdıi. O, həyat yoldaşı Li Sol-Çju və təxminən on yaşlarında olan bir qızla birlikdə bu mərasimi “ailə tədbirinə” çevirdi. Şimali Koreya mətbuatının yaydığı foto və video görüntülərdə KXDR rəhbəri qızının əlindən tutub və daim onunla danışır. Bu qəzən məhz onun qızı olduğuna heç kim şübhə etmir. Bunu noyabrın 19-da KXDR qəzetlərində dərc olunan yazılar da təsdiqləyib. Bildirilib ki, “Hwaseong-17” raketinin son sınağında lider sevimli qızı və həyat yoldaşı Li Sol-Çju ilə birlikdə iştirak edib.

Noyabrın 27-də Şimali Koreya lideri yenidən qızı ilə raket sınağında göründü. Lakin bu dəfə həyat yoldaşı onları müşaiyət etmirdi. İlk dəfəydi ki, Kimin qızı kiçik “birinci xanım” rolunu oynayırdı. O, daim atası ilə əlindən tutaraq gəzir, kollektiv fotoşəkillər çəkdirirdi. Kim Çje E hətta hərbiçilərin mükafatlandırma mərasimində iştirak etdi. Generallar onun əlini sıxır və baş əyirdilər.

Bu, Kimin uşaqlarından hər hansı birinin ictimaiyyət qarşısında ilk çıxışı idi. Bəs onlar haqqında nə məlumdur? Adətən parlamentdə qapalı brifinqlər keçirən Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Kimin 3 övladının olması ehtimalı var. Amma bunun nə qədər doğru olduğunu heç kim bilmir. Çünki onlar haqqında açıq mənbələrəd heç bir məlumat yoxdur.

Kim Çen In və Li Sol Çjunun ilk övladı, çox güman ki, 2010-cu ildə dünyaya gəlib. Bildiyimizə görə o, oğlan idi. Onun haqqında demək olar ki, heç bir məlumat yoxdur. Liderin 12 yaşlı ilk oğlunun indi necə göründüyünü də heç kim bilmir. Onu demək olar ki, Pxenyanda görən olmayıb. Bu da, atasının onu xaricə oxumağa göndərməsi ilə bağlı fikirlərə əsas verib. Bəzi Cənubi Koreyalı ekspertlər hesab edir ki, oğlan Kim Çen Inın bir neçə il yaşadığı İsveçrəyə təhsil almağa gedib.

Düzdür, indi Şimali Koreyalıları, daha çox KXDR-in yüksək elitasından olan uşaqları Qərb ölkələrində çox diqqətlə izləyirlər. Kim Çen Inın gənclik illərində olduğu kimi orada gizli qalmaq demək olar ki, mümkün deyil. Buna görə də oğlanın Çində və ya hətta Rusiyada təhsil alması mümkündür. Amma başqa bir şey də mümkündür: oğlan KXDR-də sakitcə yaşaya bilər. Ola bilsin ki, onu heç kimə göstərmirlər.

Kimin ikinci övladı və ən məşhuru 2013-cü ildə dünyaya gələn qızıdır. Ən azı, onu Kim Çen Inın şəxsi dəvəti ilə bir neçə dəfə KXDR-ə səfər edən amerikalı basketbolçu, keçmiş NBA ulduzu Dennis Rodman görüb. Keçmiş idmançı bildirib ki, daha sonra ona çox balaca uşaq göstərilib və liderin həyat yoldaşı Li Sol Şju qızın adının Kim Çje E olduğunu deyib.

Birinci xanım Li Sol Çju ərinin siyasi həyatında fəal iştirak edir

Cənubi Koreya kəşfiyyatı qızın daim Pxenyanda olduğuna əmindir. Lakin onun heç bir fotoşəkili yox idi. Cənubi Koreya kəşfiyyat agentlərinin dediyinə görə, körpə yaşına görə olduqca böyükdür, bir az kilolu və eyni zamanda atasına çox bənzəyir. Və o, ilk dəfə Kim onu raketi sınağına baxmaq üçün apararkən ortaya çıxıdı.

Mübahisələrin çoxu üçüncü uşaq ətrafındadır. Bəziləri onun ümumiyyətlə mövcud olub-olmadığını soruşur. Ancaq görünür ki, üçüncü uşaq da var. O, 2017-ci ildə anadan olub, amma nə adı, nə də cinsiyyəti məlum deyil.

Şimali Koreya liderinin övladları haqqında məlum olanlar bunlardır. Bu, KXDR üçün kifayət qədər tipik vəziyyətdir. Bu ölkədə liderin şəxsi həyatı haqqında danışmaq adət deyil və onlar onun ailəsi haqqında yalnız o zaman öyrənirlər ki, o, dünyaya nə isə açıqlamaq qərarına gəlir.

Bununla belə, ekspertlərin Kim Çen Indan şikayət etməsi doğru deyil. Sələflərinin standartlarına görə, o, böyük demokratdır və atasından və babasından qat-qat ictimaiyyətə açıqdır. Həyat yoldaşı Li Sol Çju Çuxçe ölkəsinin tam hüquqlu birinci xanımı rolunu oynayır, Kim onu daim tədbirlərə aparır. Kim Çen İr və Kim İr Senin həyat yoldaşları haqqında çox az şey məlum idi və üstəlik, onlar ümumiyyətlə göstərilmədi.

Kimin gizli işarətləri

Cənubi Koreya kəşfiyyatçıları deputatlarla qapalı iclaslarda bir fikir bildiriblər ki, Kim Çen Inın ictimaiyyətə məhz ikinci uşağı - Rodmanın gördüyü Kim Çje Eni göstərib. Qızın boyu-buxunu da yaşına uyğundur və Cənubi Koreya kəşfiyyatçılarının əlində olduğu iddia edilən şifahi portretə çox bənzəyir.

Kim Çen Inın qızını ictimaiyyətə niyə göstərməsi məsələsində isə aydınlıq yoxdur. Axı, balistik raketin sınaq uçuşu “ailə tədbiri” deyil və belə bir tədbirə 10 yaçlı qızı aparmaq heç də məntiqə sığmır. Bu, hətta təhlükəlidir. Ən nəhayət, o şəkilləri dərc etmədən də mümkün idi. Amma yayılan fotoşəkillərdə qız iri, aydın və müxtəlif rakurslardan göstərilib.

Versiyalardan birinə görə, Kim arvadını və qızını bütün xalqa və xaricdəki düşmənlərə KXDR-in yeni və ən güclü raketinin etibarlılığını nümayiş etdirmək üçün götürüb. Cənubi Koreya mənbələrinin məlumatlarına görə, bundan əvvəl “Hwaseong-17”nin buraxılışı zamanı müxtəlif nasazlıqlar və səhvlər baş verib. Ümumiyyətlə, bu, yeni tip raket yaradanda adi haldır. Ola bilsin ki, problemlərlə bağlı bəzi söz-söhbətlər çox olub. Beləliklə, Kim yeni raketdə o qədər arxayın olduğunu göstərmək üçün ora qızı ilə gedib.

Rəhbərin tədbirdə söylədiyi, hakimiyyətin dövlətin təhlükəsizliyini təmin etdiyi və ən güclü silah yaratması, bu silahın əsas “məkrli düşmənlərin təcavüzündən qorunmanın qarantı”na çevrilməsi və uşaqlara ötürülməsi sözləri də bu versiyanı təsdiqləyir. Kim Çju E isə atalardan nüvə silahlarını miras alacaq yeni nəsli simvoludur.

“Şimali Koreya sülalə dövlətidir. Qızının belə bir mühitdə nümayişi KXDR-in nəsildən-nəslə nüvə dövləti olaraq qalacağını simvolizə edir. Sadə dillə desək, dünya Pxenyanın nüvə silahından imtina etməsi ehtimalı ilə bağlı hər hansı illüziyadan qurtulmalıdır”, deyə Cənubi Koreyadan olan deputat, 2016-cı ilə qədər KXDR Xarici İşlər Nazirliyində yüksək vəzifələrdə çalışmış və sonradan cənuba qaçan Txe Yon Ho bildirib.

Rəhbərin varisi?

Ən çox müzakirə olunan versiyalardan biri də liderin Kim Çju Eni özünün varisi olaraq görməsi ilə bağlıdır. Necə ki, indi onu xalqla tanış etməyə başlayır, eləcə də yavaş-yavaş ölkəni idarə etməyə öyrədəcək. Çünki ümumi baxış elədir ki, Kim Çen Inın səhhətində mümkün problemlər barədə şayiələr fonunda liderin varislə bağlı əvvəlcədən qərar verməsi daha doğrudur.

Şimali Koreya mətbuatında Kim Çen Inın qızı çox “qeyri-adi, sevimli və qiymətli uşaq” adlandırılır. Bu, onun varis olacağını açıq şəkildə göstərir. Kral Seşjon İnstitutunun Şimali Koreya Araşdırmaları Mərkəzinin direktoru Çon Son Şjan deyir ki, kralın bir neçə övladı varsa və yalnız birini ən sevimlisi adlandırırsa, o zaman bu sevimli övladın da taxta çıxacağı məlumdur.

Ekspert xatırladıb ki, Kim Çen İr Kim Çen Inın səkkiz yaşı olanda onun varisi olacağına qərar verib. Beləliklə, qızının belə bir "fəxri vəzifə" üçün yaşı qeyri-adi deyil.

Amma bu versiyanın çoxlu rəqibləri var. Onlar qeyd edirlər ki, belə patriarxal ölkə üçün, xüsusən də gənc yaşda qadının gələcək rəhbər təyin edilməsi bütün adət-ənənələrin və qaydaların pozulmasıdır. Bundan əlavə, KXDR-də varislər adətən məsul vəzifələrdə işləməyi bacarana və nisbətən yetkin yaşa çatana qədər bütün dünyaya göstərilmirdilər.

Seuldakı Asan İnstitutunun baş elmi işçisi Ko Mön Hön hesab edir ki, Şimali Koreyada gələcək varisin ictimaiyyətə təqdimat sxemi heç də belə deyil.

İnsan üzlü Çuxçe rəhbəri

Ancaq hər şey daha sadə ola bilər. Ola bilsin ki, Kimin yaraşıqlı qızı Şimali Koreya liderinin “insan” tərəfini vurğulamaq üçün göstərilib. O, xalqa yaxınlıq, mehribanlıq, mehribanlıq nümayiş etdirmək üçün dəfələrlə müxtəlif piar addımları atıb. Kim Çje E ilə əl-ələ gəzmək də bu ənənənin davamıdır.

“Bu, bir qədər məşhue krallların şəxsiyyət kultunu xatırladır. Yəqin ki, Kim Avropada yaşayanda orada bunun necə qəbul edildiyini görüb. Böyük Britaniyada kraliçanın balaca nəvələrini və nəticələrini göstərirdilər və hər kəs bundan təsirlənirdi. Ola bilsin ki, burada da belədir”, deyə Seuldakı Kunmin Universitetinin professoru Andrey Lankov bildirib.

Həmişə belə hallarda olduğu kimi, hamı haqlı ola bilər, ya da heç kim. Kimin sarayında sirr üçün həmişə yer var.

Xatırladaq ki, hələ sentyabrın əvvəlində Kim Çen Inın qızını artıq görmüş ola biləcəyimiz barədə fərziyyələr var idi. O zaman konsertdə rəhbər və onun həyat yoldaşı ilə danışan uşaqlar arasında bir qız seçilirdi. Kameralar tez-tez uşağı qgöstərirdi və sonra aydın oldu ki, Kim Çen Inın həyat yoldaşı qıza yaxınlaşıb, onun çiyninə toxunub və onunla danışmağa başlayıb. Eyni zamanda, qız çox çaşqınlıq göstərmədən birinci xanımla kifayət qədər sakit danışırdı. Bu da belə bir fikrin yaranmasına səbə omuşdu ki, həmin qız Kim Çen Inın qızıdır.

Mənbə: news.ru

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay