Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhlükəsizlik, siyasi sabitlik və güclü iqtisadiyyat ölkələr arası əlaqələrin qurulmasında ən vacib amillərdəndir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabr ayının 25-də ADA Uniersitetində “Orta Dəniz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən konfransda iştirak edib.

Bu mühüm tədbirdə eyni zamanda ABŞ-ın, Türkiyənin, Belçikanın, Fransanın, İsrailin, İsveçrənin, İtaliyanın, Misirin, Pakistanın, Gürcüstanın, Rumıniyanın və Rusiyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransda çıxış edərək deyib: “Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir”.

44 günlük Vətən müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsiylə başa çatması, öz suverenliyini qoruyub saxlaya bilməsi Azərbaycanı bütün dünyada nüfuz sahibi etmişdir. Azərbaycan eyni zamanda bütün dünyaya özünün haqlı və tarixi qələbəsini qəbul etdirmişdir.

İşğaldan azad edilmiş torpaqlarımıza gələn xarici nümayəndələr və jurnalistlər erməni vəhşiliyini, erməni vandallığını öz gözləri ilə gördülər. Respublika Prezidentinin güclü, düşünülmüş, uzaqgörən siyasəti nəticəsində Azərbaycana diqqət və maraq artdı.

Azərbaycan postmüharibə mərhələsinə kimsədən asılı olmayan və iqtisadi dinamik inkişaf edən müstəqil dövlət kimi qədəm qoydu. Eyni zamanda Qələbədən sonra nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi və digər təşəbbüslər üçün imkanlar yarandı. Bu dəhlizlərin açılması Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması həm də uzun illər Azərbaycanla əlaqəsi kəsilən Naxçıvan Muxtar Respublikasının yenidən quru əlaqələrinin açılması və insanların gediş-gəlişinin asanlaşması deməkdir.
İranErmənistan bildiyimiz kimi dəfələrlə ciddi cəhdlə regionun nəqliyyat-infrastruktur layihələrinə mane olmağa çalışıb, lakin bir çox səbəblərdən onlar görüləcək bu işlərə əngəl törədə bilməyəcəklər. Ermənistanın regionda nə coğrafi, nə də başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. Ermənistan demək olar ki, sanki hər tərəfi bağlı – “dalana dirənmiş ölkədir”. Ermənistandan sərbəst olaraq heç bir nəqliyyat marşrutu keçmir. Azərbaycanın təklif etdiyi layihələr isə heç bir ölkənin əleyhinə deyil, hər kəs üçün sərfəlidir. İran özü də regional kommunikasiya layihələrində maraqlı olmalıdır, çünki bu, İranın iqtisadiyyatına xeyir verə bilər.

Bu gün işğaldan azad olunmuş və demək olar ki, tamamilə dağıdılmış rayonlarımızda genişmiqyaslı, qlobal işlər gedir, bu işləri Azərbaycan öz daxili imkanları hesabına edir. Bununla bərabər ölkəmiz bir sıra ehtiyacı olan ölkələrə humanitar yardım da göstərir. Artıq dünyanın bir çox inkişaf etmiş ölkələri Azərbaycanla əməkdaşlıq etməyə can atır.

Azərbaycan Dövləti hərtərəfli iqtisadiyyatımızı gücləndirmək üçün genişmiqyaslı işlər görür, xarici dövlətlərlə siyasi və iqtisadi əlaqələr yaradır. Xarici ölkələrə işgüzar səfərlər edir. Respublikamız üçün mühüm əhəmiyyətli müqavilələr bağlayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bizim goğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində iki qitənin ortasında yerləşməyimiz bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük.

Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il, ya ola bilsin bir il yarım müddətə bitirməyi planlaşdırmışıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə enerji əlavə edəcək.”
Bu gün Azərbaycan yük qatarlarının sürətini artırmaq üçün yeni, müasir dəmir yolları tikir. Dünyada yeni geosiyasi vəziyyətin mövcudluğuna və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət olduğuna görə dəniz ticarət limanının 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsi nəzərdə tutulub.

Ölkəmizdə eyni zamanda hava limanlarının da layihələri artıq tamamlanır. Hal-hazırda Laçında hava limanı tikilməkdədir. Laçın hava Limanı işğaldan azad olan ərazilərimizdə tikilən üçüncü Beynəlxalq Hava limanıdır. Bundan sonra daha altı hava limanı tikilərək, sərnişin və yük daşınmaları üçün tikilən hava limanlarının sayı doqquza çatdırılacaqdır.

Ticarət əlaqələrimiz getdikcə genişlənir. Xəzər dənizinin şərq sahillərindən Azərbaycan ərazisindən yüklərin nəql edilməsi üçün isə bərələr, bunkerlər tankerlər və daha çox yük gəmiləri lazımdır. Buna görə də Bakıda yeni gəmiqayırma zavodlarının inşasına başlamaq nəzərdə tutulub.

Azərbaycan Prezidenti cənab İlham Əliyev eyni zamanda konfransda regionda təhlükəsizlik məsələsinə də toxunub: “İndi təhlükəsizlik bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Bu səbəbdən, düşünürəm ki, bizim həyata keçirdiyimiz kommunikasiya layihələri regional təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək və bunları həyata keçirmək üçün böyük imkan var.”

Şəhla Ağbulud
Abşeron” qəzetinin baş redaktoru

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay