Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Orta dəhlizə həsr olunmuş beynəlxalq konfransda çıxış edib - Foto

ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib...

PİA.az xəbər verir ki, tədbirdə xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

Nazir deyib ki, beynəlxalq münasibətlər sistemi ciddi transformasiya mərhələsindədir.

Onun sözlərinə görə, sabitliyə, təhlükəsizliyə və rifaha nail olmaq üçün geosiyasi rəqabət mentaliteti əvəzinə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinə köklənmək vacibdir.

“44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə regionda bir sıra çağırışların mövcudluğuna baxmayaraq, əməkdaşlıq və dayanıqlı sülhün bərqərar edilməsi üçün yeni imkanlar yaranıb. Azərbaycan 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, sülh gündəliyinin irəli aparılması üçün mühüm addımlar atır. Lakin Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, davamlı təxribatlar törətməsi prosesə xələl gətirir”,- deyə xarici işlər naziri bildirib.

Ceyhun Bayramov deyib ki, bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparır.

Bu istiqamətdə görülən işlərə maneə törədən ən mühüm amillərdən birinin mina təhlükəsi olduğunu diqqətə çatdıran nazir 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmadığını və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirdiyini qeyd edib.

Ermənistana təzyiq göstərilməsi və problemin öz həllini tapması istiqamətində beynəlxalq ictimaiyyətin dəstəyinə ciddi ehtiyac var. Hazırda bölgədə və dünyada baş verən hadisələr mövcud çağırışlarla mübarizədə əməkdaşlığın artırılmasının zəruriliyini sübuta yetirir. Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyunca əsas tranzit ölkələrdən biri kimi, tədarük zəncirinin pozulması riski yaratmağa davam edən hadisələr fonunda tranzit əməliyyatlarının təhlükəsizliyini və etibarlılığını təmin etmək Azərbaycanın əsas prioritetlərindəndir”, - deyə Ceyhun Bayramov əlavə edib.

Onun sözlərinə görə, bağlantıların gücləndirilməsinin əsaslarından biri kimi enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.
“18 iyul 2022-ci il tarixində AzərbaycanAvropa İttifaqı arasında imzalanan Anlaşma Memorandumu özündə enerji təhlükəsizliyinin bir sıra komponentlərini, o cümlədən enerji infrastrukturunun modernləşdirilməsini, alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini ehtiva edir. Elektrik enerjisi istehsalı sahəsində səylərin gücləndirilməsi də prioritet istiqamətlər sırasındadır”,- deyə Azərbaycanın baş diplomatı əlavə edib.

Nazir deyib ki, regional kommunikasiyanın gücləndirilməsi baxımından müxtəlif üçtərəfli formatlar bölgədəki əlaqələrin genişləndirilməsinə və mövcud ziddiyyətlərin aradan qaldırılmasına köməklik göstərir, qarşılıqlı maraqlara əsaslanan strateji əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm mərhələ rolunu oynayır.

Azərbaycan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq regionda kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atır. Bu xüsusda, Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir. Bu, bölgənin tam potensialından istifadəyə, həm də sülh quruculuğu prosesinə mühüm töhfə verə bilər”, - deyə Ceyhun bBayramov bildirib.

Xarici işlər naziri Ceyhun Bayramov daha sonra, konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
26 noyabr tarixinə qədər BakıAğdamda davam edəcək tədbirdə, Türkiyə, ABŞ, Belçika, Birləşmiş Krallıq, Bolqarıstan, Kanada, Misir, Fransa, Gürcüstan, İsrail, İtaliya, İsveçrə, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya beyin mərkəzlərinin nümayəndələri iştirak edir.

pia.az


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay