Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmran Xan tərəfdarlarını Ravalpindi şəhərində toplaşmağa çağırdı

Xan növbəti dəfə hökumətə növbədənkənar seçkilər çağırışını təkrarlayıb...

Noyabrın 3-də silahlı hücumdan sonra evində müalicə alan Pakistanın keçmiş baş naziri İmran Xan Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) tərəfdarlarına səslənib.

Yeniavaz.com xəbər verir ki, Xan PTI tərəfdarlarını noyabrın 26-da İslamabad yaxınlığındakı Ravalpindi şəhərində toplaşmağa çağıraraq, onun da orada olacağını və növbəti fəaliyyət planını elan edəcəyini bildirib.

Hökumətə növbədənkənar seçkilər çağırışını davam etdirən Xan, aprel ayında Şahbaz Şərif hökumətinin vəzifəyə başlamasından bu yana ölkədə heç bir müsbət inkişafın olmadığını müdafiə edir.

Qeyd edək ki, Pakistanda aprelin 10-da parlamentdə keçirilən etimad səsverməsində İmran Xanın hökuməti əleyhdə verilən 174 səslə fəaliyyətini dayandırmalı olmuşdu.

Aprelin 11-də parlamentdə keçirilən seçkidə daha əvvəl üç dəfə baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.

Xan, koalisiya hökumətinin erkən seçkilər elan etmədiyini əsas gətirərək oktyabrın 28-də Lahordan İslamabada yürüşə başlayıb.

Noyabrın 3-də Vəzirabadda o və tərəfdarları atəşə tutulub. Nəticədə Xan hər iki ayağından yaralanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Ən çox oxunanalar