Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ ev: "ABŞ Şimali Koreya ilə dialoqun tərəfdarıdır"

ABŞ administrasiyası Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə dialoqa can atır, lakin eyni zamanda Pxenyan tərəfindən həyata keçirilən raket buraxılışları fonunda regionda kifayət qədər hərbi potensialın təmin edilməsində qərarlıdır...

“Report” xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.

O, gərginliyin azaldılması üçün tərəflər arasında mümkün məsləhətləşmələrə toxunaraq, bununla bağlı Şimali Koreya ilə birbaşa təmaslar olmadığını bildirib: “Biz açıq şəkildə bildirdik ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində mütləq işləmək üçün ilkin şərt olmadan Şimali Koreya ilə dialoqa hələ də can atırıq. Onlar cavab vermədi və bu təklifdən yararlanmadılar. Lakin təklif qüvvədə qalır”.

C.Kirbi KXDR ilə nüvəsizləşdirmə üzrə razılaşmalara nail olmağın “yekun məqsəd” adlandırıb.

“Biz ilkin şərt olmadan dialoq təklif etsək və təklif etməyə davam etsək də, biz nəinki birtərəfli qaydada, həm də Yaponiya və Cənubi Koreya ilə ikitərəfli əsasda adekvat müdafiə potensialına malik olmağımızı təmin etmək üçün bütün səylərimizi göstəririk. Bu raket buraxılışı narahatlıq doğursa da, biz bunun ABŞ üçün təhlükə yaratmadığını hesab etdik”, - deyə o, Pxenyanın cümə günü Yaponiyanın qitələrarası kimi təsnif etdiyi raketi buraxmasına işarə edərək əlavə edib.

pia.az


Etiket: ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay