Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert AAF Parkda baş verən qəzadan danışdı

Xəbər verildiyi kimi Xırdalan şəhərində yerləşən AAF Park yaşayış kompleksindəki mənzillərdən birində baş verən partlayışda 4 nəfər xəsarət alıb...

Xoşbəxtlikdən ölüm halı olmayıb. Partlayışın dalğasından mənzilin yarısı yarasız hala düşüb, binanın həyətində dayanan 5-dən çox avtomobilə də ziyan dəyib.

"Azəriqaz"  mütəxəssislərinin qəza yerində apardığı ilkin araşdırma zamanı məlum olub ki, qəza texniki şərtlərin kobud pozulması nəticəsində baş verib. 

Bəs belə halların baş verməməsi üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlının fikirlərini öyrəndik. 

Ekspert  Olaylar.az-a  bildirdi ki, son vaxtlar bir çox mənzillərdə bu cür konstruksiya dəyişikliliyi edirlər ki, bunun da səbəbi ailələrin bir çoxunun mənzil sahəsinin ailə üzvlərinin sayına nisbətən xeyli az olması ilə bağlıdır: "Xüsusən, Bakıda və digər iri şəhərlərdə əksər ailələrdə adambaşına düşən mənzil sahəsi xeyli aşağıdır. Bu halda ailələr məcbur olur ki, mətbəxi eyvana və ya dəhlizə köçürsünlər və mətbəxi də otaq etsinlər. Əlbəttə, binanın konstruksiyasına və ana kolonlarına zərər vurmadan mənzil daxilində dəyişiklik etmək olar, lakin sırf mətbəxin köçürülməsi zamanı diqqət yetiriləsi ən vacib məqam qaz sisteminin başqa yerə keçirilməsidir. Bu işi kustar üsullarla, ya da adi ustalarla etmək yolverilməzdir. Mütləq şəkildə peşəkarlar etməlidir. Abonent ya "Azəriqaz"-a və ya bu sahədə ixtisaslaşmış lisenziyalı şirkətlərə müraciət etməlidir ki, hər şey standartlara və təhlükəsizlik qaydalarına uyğun olaraq edilsin. Birdəfəlik başa düşmək lazımdır ki, mənzildə ən böyük təhlükə qaz sistemidir. Buna görə də, əvvəla boruların çəkilməsi, izolyasiyası düzgün edilməlidir, ikincisi mütləq standartlara cavab verən qaz cihazlarından istifadə edilməlidir. Qeyri-standart cihazlar və pis çəkilmiş qaz boruları sızmalara, yanğınlara və partlayışlara səbəb olur".

Elçin Bayramlı bildirib ki, aparılan təbliğata və maarifləndirməyə baxmayaraq, bir çoxları təlimatlara riayət etmir və bu da bəzi hallarda faciə ilə nəticələnir: "Azəriqaz" daim abonentləri qaz təhlükəsizliyi qaydalarına riayət etməyə, standarta uyğun qaz cihazlarından istifadəyə çağırır, bununla bağlı təbliğat materialları, izahlı videoroliklər hazırlayır. Qaz idarələrinin işçiləri abonentlərə bunları izah edir. Lakin bu təlimatlar çox vaxt qulaqardına vurulur. Burada artıq inzibati cəzalar və yoxlamalara ehtiyac yaranır. Azəriqaz müəyyən müddətdən bir evlərdə, mənzillərdə yoxlama aparmalı, təhlükəsizlik qaydalarına riayət etməyənlərin cəzalandırılaması üçün tədbirlər görməlidir. Çünki kiminsə məsuliyyətsizliyi təkcə özünün deyil, başqalarının da həyatını təhlükəyə atır. Bir də hər şeyə rəğmən maarifləndirmə artırılmalıdır. Dəm qazı iə bağlı problemin həlli göstərdi ki, ardıcıl maarifləndirmə effekt verir. Son illərdə "Azəriqaz"ın bu mövzuda abonentləri davamlı məlumatlandırması nəticəsində dəm qazından zəhərlənmə halları kəskin azalıb və minumuma düşüb. Bu səbəbdən mənzillərdə qaz sistemi ilə davranış barədə də maairfləndrimə davam etməlidir. Pararlel olaraq da yoxlamalar. Yalnız bu yolla faciələrin qarşısını tam almaq olar".

pia.az 


Etiket: Qaz Qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub

Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay