Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis Müsavat Partiyasının İran səfirliyinin binası qarşısında aksiya keçirmək cəhdinin qarşısını alıb

Polis Müsavat Partiyasının fəallarının bu gün İranın Bakıdakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirmək cəhdinin qarşısını alıb...

Aksiya İranda dinc etirazların yatırılmasına, bu ölkədəki etnik azərbaycanlıların milli və mədəni hüquqlarının pozulmasına, habelə son zamanlar Tehran rejimi tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və milli təhlükəsizliyinə qarşı təhdidlərin artmasına etiraz əlaməti olaraq keçirilirdi.

Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq verməyib.

Bununla belə, partiya dinc nümayiş keçirmək qərarı qəbul edib.

Aksiya çərşənbə axşamı saat 15.00-a təyin edilib. Amma polis qüvvələri əvvəlcədən səfirlik binasına gedən bütün yolları bağlayıb.

Saat 15.00 radələrində polis Mirzə Fətəli Axundov bağının yanında fəalları saxlamağa başlayıb.

“Azadlıq, ədalət, milli hökumət!”, “Rədd olsun molla rejimi” və s. şüarları səsləndirən hamı saxlanılıb.

Onlarla insan, o cümlədən Müsavat Partiyasının sədri Arif Hacılı, partiyanın mətbuat katibi Mustafa Hacıbəyli və digər şəxslər saxlanılıb.(Turan)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ən çox oxunanalar