Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qanundankənar “komendant”lar Bakının yeni binalarında nə vaxta qədər at oynadacaqlar?..

Özünü qanunsuz olaraq “komendant” adlandıran Zakir və Cəfər Məmmədovlar (ata və oğul) hüquqi əsası olmadan sakinlərdən öz mülahizələrinə uyğun pul yığırlar...

Bakıda yeni tikilən binalar uzun illərdir ki, bina tikən əlavə gəlir yerinə çevrilib. Onlar qanunsuz olaraq tikib satdıqları binalara “komendant” təyin edir və həmin “komendant”lar vasitəsi ilə yaşadıqları mənzillərin mukiyyət sahibləri olan sakinlərdən ödənişlər tələb edirlər. Halbuki Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə görə bina sakinləri özləri komendant seçməli və kommunal ödənişlərin də şəffalığını təmin etməlidirlər. Nə qədər qəribə olsa da, Bakıdakı yeni binalarda baş alıb gedən dərəbəyliklərin qarşısı əlaqədar dövlət qurumları tərəfindən alınmır. Əksinə dövlət qurumları hər vasitə ilə bu qanunsuzluqlara rəvac verirlər.

Qeyd edək ki, Bakıdakı yeni binalarda baş alıb gedən dərəbəyliklərlə bağlı mətbuatda çoxlu şikayətlər işıqlandırılır. Və belə şikayətlər də getdikcə artmaqdadır.

Bakı şəhəri, Xətai Rayonu, Məhəmməd Hadi 2944 A ünvanında yerləşən “TWINS ART” MTK-nın aakinləri tərəfindən PİA.az-a edilən müraciətdə bildirilir ki, onlar qarşılaşdıqları problem və qanunsuzluqlarla bağlı əlaqədar bütün dövlət qurumlarına müraciət ediblər. Bizə ünvanladıqları bu müraciəti isə poçt və teleqram vasitəsi ilə ölkə prezidenti cənab İlham Əlivevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlayıblar.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

"“Poliqon” İnformasiya Agentliyinə

Bakı şəhəri, Xətai Rayonu, Məhəmməd Hadi 2944 A ünvanında yerləşən “TWINS ART” MTK-nın Sakinləri tərəfindən

Kollektiv Müraciət

Bildiririk ki, hüquqlarımız aşağıdakı şəkildə pozulmuşdur.

1. Belə ki, Mənzil Məcəlləsinin 141-ci maddəsinə əsasən sahə mülkiyyətçiləri çoxmənzilli binanın idarə edilməsi, binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsini, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi üsullarından birini seçməyə borclu olduğu halda “TWINS ART” MMC rəhbərliyi öz maraqları naminə özünün qanunsuz olaraq təyin etidyi komendantlıqla özünün istədyi kimi və öz mülahizəsinə əsasən öz qanunsuz idarəetmə üsulunu seçmişdir. Özünü “komendant” adlandıran Zakir Məmmədov AR Mənzil Məcələsini heçə sayaraq “TWINS ART” MMC-nin payçılarla bağladığı xidmət müqaviləsini əsas tutmuşdur. Bildirməliyik ki, “TWINS ART” MMC sakinlərə xidmət göstərilməsi ilə əlaqədar hər hansı hüquqi münasibət yaratmamışdır. Yəni Zakir Məmmədovun istinad etdiyi xidmət müqaviləsi mövcud deyil və heç bir hüquqi əsasa söykənmir.

Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməli olduğu halda “TWINS ART” MMC tərəfindən qanunvericiliklə tənzimlənən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) yaradılmasına qəsdən maneə törədilmişdir.

2019-cu ildən binanın təhvil verilməsinə baxmayaraq “TWINS ART” MMC qanunvericiliyə zidd olaraq təyin etdiyi “komendant” vasitəsilə qanuni əsası olmayan və heç bir hüquqa söykənməyən əməli və öz qərarı ilə orada komendantlıq yaratmış və idarəetməni qeyri-qanuni olaraq həmin “komendantlığa” həvalə etməklə binanın idarəedilməsindən əl çəkməmişdir.

Özünü qanunsuz olaraq “komendant” adlandıran Zakir və Cəfər Məmmədovlar (ata və oğul) hüquqi əsası olmadan sakinlərdən öz mülahizələrinə uyğun pul yığırlar. Qanunsuz olaraq yığılan pullar oların şəxsi maraqlarına xidmət etməklə sakinlərin sosial rifahını aşağı salır.

2. Sakinlər öz aralarında birlik yaradaraq idaretməni özləri həyata keçirməyə cəhd etsələr də, qanunsuz təyin edilmiş “komendntlıq” buna hər vəchlə mane olur. Bina sakinlərinin yaratdıqları birliyə qəsdən mane olmaq üçün bütün imkanlardan istifadə edirlər. Sakinlər özlərinin yaratdıqları birliklə binanın həyətyanı sahələrinin yaşıllaşdırılması və abadlaşdırılması üçün dibçəklərdə ağac, gül və kol bitkiləri əkmiş, sakinlərin oturması üçün oturacaq və əlverişsiz hava şəraitndən qorunması üçün üstübağlı talvar (besetka) tikdirmişdirlər.

Özlərini qanunsuz “komendant” adlandıran Zakir və Cəfər Məmmədovlar sakinlərin birliyinin pozulması üçün binaya quraşdırılmış liftlərin və digər qurğuların istismarı ilə əlaqədar yarasız vəziyyətə düşməsinə bilərək şərait yaradır və bununla da öz pis niyyətlərini ortaya qoyurlar. Liftləri qidalandıran enerji təminatını dayandırmaqla, lift şaxtlarının qarşısına dəmir qapı bərkitməklə sakinlərin əziyyət çəkməsinə şərait yaradırlar. Eyni zamanda sakinləri özlərinin yuxarı ranqlı və vəzifəli qohumları ilə hədə qorxu gəlməklə, sosail şəbəkədə hədələyici statuslarla qorxudaraq qeyri-qanuni ödənişlərin ödənməsinə və sakinlər tərəfindən həyata keçirilən tədbirlərə qoşulmamasına təhrik edirlər.

3. Özlərini qanunsuz olaraq komendant elan edən komendant aylıq yığılan kommunal ödənişlərdən və digər ödənişlərdən eləcə də sakinlərlə heç bir müqavilə münasibətinə girməyərək və hər hansı hüquqi əsas olmadan və mənbəyi məlum olmayan yığımlardan vergi verdiklərini bildirirlər. Bu isə sakinlərdə əsaslı şübhələr yaratmışdır. Bu qanunsuz yığımlardan vergi verilməsinin yoxlanması zəruriyyətini yaradır.

4. Eyni zamanda “komendant” Zakir Məmmədovun tapşırığı ilə mənzili istiliklə təmin edən istilik xəttləri hüquqi əsası olmadan qəsdən kəsilmişdir. Bu isə maddi rifahı aşağı olan, azyaşlı uşağı olan ailələrin, evində sağlamlıq durumu yaxşı olmayan (xəstə) sakinlərin vəziyyətini pisləşdirmişdir. İstilik enerjisi sistemini qanunsuz olaraq kəsmək vəya istilik enerjisinin verilməsini qəsdən dayandırmaq AR İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsinə görə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunduğu halda “komendant” qanuna əməl etmədən və heçə sayaraq mənzillərin istilik enerjisini kəsmişdir. Bildirmək istərdik ki, binanın istilik enerjisi ilə təmin edilməsi binada quraşdırılan qazanxana ilə deyil Azəristilik MMC-nin veridyi isitilik ilə həyata keçirilir.

5. “TWINS ART” MMC-nin sahibi və “komendant” Zakir Məmmədov AR Mənzil Məcəlləsinin müvafiq maddələrinin və bu istiqamətdə qəbul edilmiş normativ hüquqi aktların tələblərini pozaraq MMC-nın idarəedilməsini təkbaşına həyata keçirir və idarəetmə ilə bağlı yığılan pullar haqqında mənzil mülkiyyətçilərinə hesabat verməli olduğu halda indiyədək “komendantın” büdcəsinə mədaxil və məxaric barədə heç bir məlumat verilməmişdir.

Biz Bakı şəhəri, Xətai Rayonu, Məhəmməd Hadi 2944 ünvanında yerləşən “TWINS ART”-ın sakinləri Sizə müraciət edərək hüquqlarımızın pozulmasının Azərbaycan Respublikası Konstitusiyasında təminat verilən söz və mətbuat azadlığına əsasən öz fikir və əqidələrini hər şəkildə, o cümlədən kütləvi informasiya vasitələrində ifadə etmək hüququmuza istinadən bizim problemlərimizin işiqlandırılmasında bizə kömək göstərməyinizi Sizdən xahiş eidirk.

Hörmətlə “TWINS ART” sakinləri.
14.11.2022”

Qeyd edək ki, şikayət ərizəsini 27 sakin imzalayıb.

PIA AZ TWINS Sikayet.pdf

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - Yenilənib

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar