Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb mediasından şok iddia: İlham Əliyev Benni Qansa İranla bağlı nə deyib?

Kürd Muxatiriyyəti rəsmilərinin “Mossad” təmsilçiləri ilə London ətrafındakı görüşündə hansı qərar qəbul olunub?..

Livanlı siyasi analitik və “Şark-ül Avsat” qəzetinin yazarı Hüda Hüseyni Ermənistan-Azərbaycan qarşıdurmasında İranın iştirakı ilə bağlı yazdığı məqalədə diqqəti çəkən iddialarla çıxış edib. Həmin məqalədən bəzi məqamları PİA.az-ın oxucularına təqdim edirik...

“...Digər tərəfdən, İran Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə də qarışıb və dini, mədəni və ailə qohumu olduğu güman edilən azərbaycanlılara qarşı Ermənistanı dəstəkləyir.

Analitiklər İranın bu mövqeyinə məntiqi izah tapa bilmirlər. Xüsusən də ona görə ki, iki ölkə arasında münaqişə baş verərəsə, 700 kilometrlik İran-Azərbaycan sərhhəddini nəzarət etmək çətin olar.

İranın bu mövqeyi İsrailin Azərbaycanda öz güclü varlığını möhkəmləndirməsinə səbəb olub. İsrail Azərbaycan ordusunu silahlandırıb və təlim keçib. Bu da Ermənistan və müttəfiqlərinin alçaldıcı məğlubiyyəti ilə nəticələnb və Azərbaycan Dağlıq Qarabağ bölgəsinin böyük hissəsini geri alıb.

İran daha sonra sərhəd bölgəsində genişmiqyaslı hərbi manevrlər həyata keçirib və sərhəd boyunca yerləşdirmək üçün “Qüds Qüvvələri”ndən 25 min (yəni İnqilab Keşikçiləri Qvardiyasının üçdə biri) döyüşçünü göndərib.

Bu addım həm iki ölkə arasında gərginliyin artmasına, həm də Azərbaycanın İsraillə daha da yaxınlaşmasına səbəb olub.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də İsrailin müdafiə naziri Benni Qansı qəbul edərkən vurğulayıb ki, Azərbaycanın İsrail kimi dost ölkələrlə əməkdaşlıq etməsi İranın təkəbbürünə son qoyacaq və Tehranın gücünün kövrək və zəif olduğunu isbatlayacaq.

Molla rejiminə qarşı gənc qız Məhsa Əmininin polis tərəfindən qətlə yetirilməsi ilə başlanan kütləvi etirazlar davam edərlkən, İran İnqilab Keşikçilərinin pilostsuz hava aparatları birdən-birə oktyabrın 28-də İraq Kürdüstanı bölgəsinə göndərildi və həssas bölgədə təxribat xarakterli hava hücumları təşkil edildi.

Mediaya sızdırılan məlumata görə, noyabrın 1-də London ətrafında yüksək rütbəli kürd nümayəndə heyəti ilə İsrail Müdafiə Nazirliyi və “Mossad” rəsmiləri arasında görüş keçirilib. Məlumata görə, görüş zamanı İsrailin İran pilotsuz təyyarələrinin hücumlarını dəf etmək üçün İraq Kürdüstanı bölgəsini təkmil raket şəbəkəsi ilə təchiz etməsi qərara alınıb.

Şəbəkə qısa zamanda qurulacaq və kürdlərin təlimi başa çatana qədər şəbəkəni israillilər idarə edəcək. İran pilotsuz təyyarələrinə qarşı qurulacaq raketdən müdafiə şəbəkəsi, çox güman ki, Kürdüstan və İsrail arasında indiyədək məhdud və cəsarətli olan siyasi, ticarət, sənaye və mədəni əlaqələr şəbəkələri ilə nəticələnəcək”.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar