Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakılı oğlan” anti-Azərbaycan layihələri ilə tanınan aparıcını işə götürdü

Rusiyanın NTV kanalının baş prodüseri, “Bakılı oğlanlar” KVN komandasının üzvü Teymur Vaynşteynin rəhbərlik etdiyi “Weit media”nın yeni layihəsinin aparıcısı dəfələrlə anti-Azərbaycan müraciətləri edən erməni əsilli teleaparıcı Qarik Martirosyandır...

PİA.az olay-a istinadla xəbər verir ki, istər müharibə dövründə, istərsə də, müharibədən sonra Azərbaycan əleyhinə çıxışlar edən Martirosyan gələn il yayımlanacaq “Konfetka” adlı musiqi proyektinə aparıcılıq edəcək.

Vətənpər mövzuda hər zaman özünü irəli “atan”, anti-Azərbaycan layihələri, çarxları və çağırışlarında ən aktiv simalardan olan Martirosyan “Maska” şousunda münsif olan zaman proqramın sponsoru Azərbaycan çay brendini içməkdən də imtina etmişdi.

Qarikdən başqa dörd münsif heyətinin Filip Kirkorov, Valeriya, Reqina Todorenko və Timur Rodrigesin qarşısında “Azərçay”ın loqosu olan fincanlar yer almışdı.

Məlumat üçün bildirək ki, “Weit media” televiziya proqramları, eləcə də bədii filmlər və seriallar istehsal edən şirkətdir. 2009-cu ilin avqustunda təsis edilib və onun təsisçisi Teymur Vaynşteynin soyadının ilk üç hərfi (Vai) və adının ilk hərfinin (T) şərəfinə adlandırılıb.

2015-ci ilin sonuna qədər Vaynşteyn “White Media”nın təkcə yaradıcısı deyil, həm də baş prodüseri olub.

pia.az


Etiket: Bakılı oğlan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay