Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtonun yeni Yaxın Şərq planı... - Sırada Səudiyyə və İran müharibəsi var?

Baydenin İran təhdidinə Tehranın cavabı da gecikmədi...

Politoloq: “Baydenin “Biz İranı azad etməyi hədəfləyirik” sözlərindən belə qənaətə gələ bilərik ki, Vaşinqton İrandakı etiraz aksiyalarına bütün gücü ilə dəstək verəcək”.

“Əslində Baydenin “Biz İranı azad etməyi hədəfləyirik" ifadəsi mövcud İran hakimiyyətinin əlini gücləndirir. Molla rejimi Baydenin bu açıqlamasından daxili auditoriyanın dəstəyini qazanmaq, hətta etiraz aksiyalarını manipulyasiya etmək üçün də istifadə edə bilər”.

Bu sözləri politoloq Turan Rzayev ABŞ prezidenti Co Baydenin İran haqqında səsləndirdiyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Prezidenti Co Bayden Kaliforniyada vətəndaşlar qarşısında çıxışı zamanı bildirib ki, “Narahat olmayın, biz İranı azad edəcəyik. İran xalqı tezliklə azad olacaq”. Baydenin “İranı azad edəcəyik” bəyanatına Tehranın cavabı da gecikməyib. İran Prezidenti İbrahim Rəisi Tehranda keçirilən tədbirdəki çıxış zamanı deyib ki, “Bir neçə saat əvvəl öyrəndim ki, ABŞ prezidenti bəlkə də fikri yayındığı üçün açıqlama verib. O, “Biz İranı azad etməyi hədəfləyirik”, deyib. İran 43 il əvvəl azad edilib və sizin əsarətinizə düşməməkdə qərarlıdır”.

Diqqətçəkən digər bir nüans isə İran ordusunun “İran ABŞ, İsrail və Səudiyyə Ərəbistanının Tehrana qarşı başlatdığı hibrid müharibəsinə qarşı mübarizəyə hazırdır”, açıqlamasıdır. Vaşinqtonun yeni planında İran və Səudiyyə arasında müharibəni başlatmaqdır?

ABŞİran arasında baş edən prosesləri PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Rəsmi Tehranın tədricən Vaşinqtonun tələsinə düşdüyünü demək olar”.

Qalibi bəli olmayan İran-İraq müharibəsi kimi başlanacaq ehtimal bir Səudiyyə-İran müharibəsinin İranı da, Səudiyyəni də kifayət qədər zəiflədə biləcəyini vurğulayan politoloq PİA.az-a açıqlamasında deyib ki, beləcə ABŞ həm güclənməkdə olan Səudiyyəni tənzimləyə, həm də regional maraqları üçün ciddi təhdid olan ipə-sapa yatmayan İranda rejimi dəyişərərək öz maraqlarına uyğun yeni rejim formalaşdıra bilər:

İranda əxlaq polisi tərəfindən həbs edilən hüquq müdafiəçisi Məhsa Əminin sentyabrın 16-da müəmmalı ölümü sonrası İranda başlanan etiraz aksiyaları hər gün bir az daha böyüyür. İranın Zahidan, Xaş, Sərəvan, Raskda, Tehran, Ekbatan, Lahican, Kərəc, Əlburz, Rəşt, Gilan və digər şəhərlərdə küçələrə çıxan narazı xalq “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!”, “bəsiciyə ölüm!”, “Xameneyiyə ölüm!” və digər şüarlar səsləndiriblər.

Ümumiyyətlə, prosesin bu tezlikdə geniş sferaya sirayət etməsi və nəzarətdən çıxması aksiyalara xarici qüvvələrin gec-tez dəstək olacağı ehtimallarını artırırdı. Düzdür, proses xarici qüvvələrin birbaşa istəyi ilə başlamasa da Baydenin son açıqlaması onu göstərir ki, ABŞ və Qərb etiraz aksiyalarının miqyasının böyüməsində və mövcud rejimin devrilməsində maraqlıdır.

Məsələ ondadır ki, rəsmi Vaşinqton artıq Tehranla nüvə danışıqlarının aparılmasının mənasız olduğunu başa düşüb. Prinsip etibarilə tərəflər arasında danışıqlar bir müddətdir dondurulub. Buna görə də ABŞ hazırkı vəziyyətdə gözləmə mövqeyindən proseslərə birbaşa müdaxilə mövqeyinə keçmək qərarına gəlib. Baydenin “Biz İranı azad etməyi hədəfləyirik" sözlərindən belə qənaətə gələ bilərik ki, Vaşinqton İrandakı etiraz aksiyalarına bütün gücü ilə dəstək verəcək. Bu isə faktiki olaraq aksiyaların inqilab konteksinə keçməsi deməkdir. Vaşinqtona İranda daha sakit ABŞ-ın regional maraqlarına mane olmayacaq bir rejim, hökumət lazımdır.

ABŞ hər nə qədər İrandakı rejimi devirəcəyi istəsə də, bunun təkcə etiraz aksiyalarına dəstək verməklə kifayət etməyəcəyini yaxşı bilir. Molla rejimi güc aldığı, güvəndiyi bütün imkanlardan məhrum etmək lazımdır. Bunun üçünsə regionda yeni bir müharibəyə ehtiyac var.

Turan Rzayev: “Son illərdə Səudiyyə Ərəbistanı sürətlə güclənir və əlindəki geniş neft və qaz rezervləri lə Vaşinqtonun təlimatlarını dinləmək istəmir”.

Əslində Baydenin “Biz İranı azad etməyi hədəfləyirik” ifadəsi mövcud İran hakimiyyətinin əlini gücləndirir. Molla rejimi Baydenin bu açıqlamasından daxili auditoriyanın dəstəyini qazanmaq, hətta etiraz aksiyalarını manipulyasiya etmək üçün də istifadə edə bilər. Lakin ABŞ-ın istədiyi də məhz budur. Rejim əlindəki bütün kartları oynasın və imkanlarından sona qədər istifadə etsin.

Rəsmi Tehranın tədricən Vaşinqtonun tələsinə düşdüyünü demək olar. Misal üçün İran hakimiyyətinin Qum şəhərində şiə müsəlmanları üçün müqəddəs sayılan Cəmqəran məscidinin günbəzi üzərində qırmızı bayraq qaldırması onu göstərir ki, Tehran ehtimal hücuma hazırlaşır. Rəsmi Vaşinqton xarici siyasətinin ən spesifik cəhətlərindən biri dost və düşmən anlayışıdır. Yəni ABŞ özündən güclü düşmənin olmasını istəmədiyi kimi, özündən güclü dostunun da olmasını istəmir.

Rəsmi Vaşinqton üçün Yaxın Şərqdə bir neçə strateji tərəfdaş və müttəfiq ölkə var. Bunlar sarsılan İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə və s-dir. ABŞ Türkiyəni dollar diplomatiyası ilə, İsraili siyasi böhran ilə tənzimləyə bilir. Lakin son illərdə Səudiyyə Ərəbistanı sürətlə güclənir və əlindəki geniş neft və qaz rezervləri lə Vaşinqtonun təlimatlarını dinləmək istəmir. Hətta Vəliəhd Şahzadə Məhəmməd bin Salman şəxsi məclislərində Co Baydeni ələ salır və Baydenin əqli vəziyyətinin yerində olmadığını deyir. Ağ Evin mətbuat katibi isə Baydenin Səudiyyə ilə münasibətləri yenidən nəzərdən keçirdiyini bildirib.

Turan Rzayev: “Vaşinqton regionda Səudiyyə Ərəbistanıİran arasında məzhəb faktorlu müharibə başlatmaq istəyir”.

ABŞ Səudiyyədə gərginlik son sürətlə davam etdiyi bir zamanda “Wall Street Journal”da yayımlanın məqalədə İranın ölkə daxilindəki etirazlardan diqqəti yayındırmaq üçün yaxın 48 saat ərzində Səudiyyə Ərəbistanına hücumun baş verə biləcəyini iddia etməsi də diqqət çəkir. Görünən odur ki, Vaşinqton regionda Səudiyyə Ərəbistanıİran arasında məzhəb faktorlu müharibə başlatmaq istəyir.

Qalibi bəli olmayan İran-İraq müharibəsi kimi başlanacaq ehtimal bir Səudiyyə-İran müharibəsi İranı da, Səudiyyəni də kifayət qədər zəiflədə bilər. Beləcə ABŞ həm güclənməkdə olan Səudiyyəni tənzimləyə, həm də regional maraqları üçün ciddi təhdid olan ipə-sapa yatmayan İranda rejimi dəyişərərək öz maraqlarına uyğun yeni rejim formalaşdıra bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay