Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal muzeyində Zəfər həftəsi çərçivəsində silsilə tədbirlər davam edir

Azərbaycan İstiqlal muzeyində 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin ikinci ildönümü ilə əlaqədar Zəfər həftəsi (01-05.11.2022) çərçivəsində silsilə tədbirlər davam edir...

PİA.az xəbər verir ki, həftə çərçivəsində 3 noyabr 2022-ci il tarixində “Qarabağım” adlı musiqili-bədii tədbir keçirildi.

44 günlük Vətən müharibəsində “Dəmir Yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı. Əldə olunan möhtəşəm zəfərdən illər keçsə də heç bir zaman rəşadətli Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi yaddaşlardan silinməyəcək, gələcək nəsillərə qoyulan bu qəhrəmanlıq mirası daima uca tutulacaq.

Tədbirdə şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kamalə Abiyevanın vətənpərvərlik mövzusuna həsr etdiyi “Torpaq” adlı kitabının təqdimatı keçirildi.

Tədbirdə istedadlı müğənni Vüsal Hacıyevin ifasında sözləri Kamalə Abiyevaya, musiqisi Gülşən Rafiqqızına aid olan “Qarabağım” mahnısı ilk dəfə səsləndirildi, eləcə də vətən mövzusunda nəğmələr ifa olundu.

Tədbirdə şəhid ailələri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbin kursantları, “Böyük Qayıdış ” Gənclər İctimai birliyinin üzvləri iştirak etdilər.

Fotolar

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar