Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Ukraynanın suveren, müstəqil milli dövlət kimi mövcud olmasını istəmir - Kirbi

Biz öz qoşunlarına və öz xalqına yalan danışan Putini görürük...

Ağ Ev cümə axşamı Rusiya prezidenti Vladimir Putinin Cənubi Qafqazda özünü "sülhməramlı" kimi qələmə vermək cəhdlərini təkzib edərək, onun Ukraynaya amansız hücum həyata keçirdiyini qeyd edib.

"Heç bir səbəb olmadan qonşu dövlətə hücum etmək qərarına gələn bircə Putin var", deyə ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Turan-ın "Hansı Putin gerçəkdir: Cənubi Qafqazda sülhməramlı, ya Ukraynada problem yaradan?" sualına cavabda bildirib.

Kirbi Dövlət Departamentinin Vaşinqtondakı Xarici Mətbuat Mərkəzində jurnalistlərlə söhbət edib. Onun sözlərinə görə, Bayden administrasiyası hesab edir ki, Putinin Ukraynadakı strateji hədəfləri dəyişməyib və o, "Ukraynanın suveren, müstəqil milli dövlət kimi mövcud olmasını istəmir".

ABŞ rusların Ukraynada "çirkli bombadan" - adi partlayıcı maddələr və uran ehtiva edən silahdan və ya nüvə silahından istifadə etməyi planlaşdırmasının "heç bir əlamətini görmür".

Turan-ın Putinin Ukraynada gərginlik fonunda ErmənistanAzərbaycan arasında "sülhməramlı" qismində çıxış etmək cəhdləri haqqında sualına cavabda Kirbi xatırladıb ki, Rusiya prezidenti qonşu Ukraynanın şəhərlərini və Ukrayna xalqını hədəf alıb.

"Bizim gördüyümüz Putin günahsız Ukrayna xalqına, uşaqlara qarşı vəhşiliklər törədən, mülki infrastrukturu məhv edən hərbiçilərin lideridir. Biz öz qoşunlarına və öz xalqına yalan danışan Putini görürük", deyə Kirbi əlavə edib. 

pia.az


Etiket: Kirbi Putin Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay