Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda TDT-nin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının I toplantısı keçirilib - Yenilənib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısı keçirilib...

PİA.az-ın xəbərinə görə, TDT-yə üzv dövlətlər - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi üzv Macarıstan və Türkmənistanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının və digər dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, TDT-na üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması ilə bağlı Türkiyə tərəfinin təqdim etdiyi Konsepsiyanın müzakirəsi və son nəticədə Forumun yaradılması ilə bağlı Niyyət Bəyannaməsinin imzalanması olub.

Toplantının açılış hissəsində Prezident Administrasiyasının Rəqəmsal media ilə iş sektorunun müdiri Elmir Vəlizadə, TDT-nın Baş katibinin müavini Ömər Kocaman, Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov çıxış ediblər.

E.Vəlizadə bu cür tədbirlərin vacibliyi haqqında danışaraq bildirib ki, son zamanlar TDT çərçivəsində üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişaf etməsi həmin tendensiyanın televiziya və radio yayımının tənzimlənməsi sahəsində əməkdaşlığa da təkan verir.

İ.Səttarov Azərbaycanın audiovizual media sahəsinin hazırki vəziyyəti və bir sıra yeniliklər haqqında ətraflı məlumat verib, TDT çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin gələcək perspektivlərindən, audiovizual media üzrə birgə fəaliyyət haqqında fikirlər səsləndirib.

Ə.İsmayılov təşkil olunan tədbirin əhəmiyyətini vurğulayaraq türk dövlərləri arasında bütün sahələrdə güclənən və yeni perspektivləri açılan əməkdaşlığın media, o cümlədən audiovizual media və onun tənzimlənməsi sahəsində də gücləndirilməsinin zərurətindən danışıb.

Ö.Kocaman, öz növbəsində, tədbrin təşkil edilməsi üçün bu cür imkan yaradıldığına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Audiovizual Media tənzimləyicilərinin birgə şəbəkələşməsinin zamanın zərurəti olduğunu qeyd edib. TDT Katibliyinin bu istiqamətdə fəaliyyətindən danışan qurum rəsmisi audiovizual medianın tənzimlənməsi sahəsində ölkələrin təcrübə və bilik mübadiləsinin bütün tərəflərə faydalı olacağından əminliyini ifadə edib.

Toplantı öz işini iştirakçıların çıxışları, Forumun yaradılması ilə bağlı Türkiyə Radio və Televiziya Ali Qurumunun (RTÜK) konseptual təqdimatı və bu təqdimat ətrafında müzakirələrin aparılması ilə davam etdirib.

Bu Toplantı çərçivəsində TDT-yə üzv və müşahidəçi dövlətlərin Media üzrə Əlaqələndirmə Komitəsinin 2-ci iclası da keçirilib.

Sabah isə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması barədə Niyyət Bəyannaməsinin imzalanması nəzərdə tutulur.

***

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələri Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının I toplantısı keçirilir.

PİA.az-ın xəbərinə görə, toplantıda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, üzv və müşahidəçi ölkələri Audiovizual media üzrə tənzimləyici orqanlarının rəhbərləri iştirak edir.

pia.az


Etiket: TDT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

Ən çox oxunanalar