Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlin ikinci Günəş tutulması başa çatıb - Yenilənib

Təbii hadisə saat 17:02-də sona çatıb...

İlin ikinci Günəş tutulması olub.

PİA.az xəbər verir ki, bu hadisə Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunub.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə edilib. Bakıda tutulma hadisəsi 13:59-də başlayıb və 16:30-da sona çatıb.

***

İlin ikinci Günəş tutulması başlayıb.

PİA.az xəbər verir ki, qismən Günəş tutulması olan hadisə 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq və 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək.

Bu, Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.

***

Bu gün Günəş tutulması baş verəcək.

Bu, 2022-ci ilin ikinci qismən Günəş tutulması olacaq.

Təbii hadisə saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:00-da olacaq, 4 saat 4 dəqiqə davam edəcək.

Təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən Azərbaycanda da müşahidə olunacaq.

Xatırladaq ki, ilin ilk Günəş tutulması aprelin 30-da Bakı vaxtı ilə saat 22:45-də başlayıb və mayın 1-də başa çatıb.

Bu, qismən Günəş tutulması olub. Təbii hadisə 3 saat 52 dəqiqə davam edib və saat 02:37-də sona çatıb. Tutulmanın maksimumu saat 00:41-də olub.

Günəş tutulması bir sıra ölkələrdə aydın müşahidə ediləcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Ən çox oxunanalar