Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Ermənistanla qurduğu gizli plan - Əliyevdən kritik müdaxilə

Fars körfəzi-Qara dəniz intermodal marşrutu istiqamətində addımlar atmağa çalışan İran eyni zamanda bu geoiqtisadi planla Türkiyədən asılılığa son verməyə çalışır...

İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığı hər dəqiqə artır. Baxmayaraq ki, Bakı və Ankara hələ 2020-ci ilin 10 dekabrında Zəngəzur dəhlizi məsələsində "3+3" (Azərbaycan, Türkiyə, Rusiya + Gürcüstan, İran, Ermənistan) formatını təklif etdi. Birgə əməkdaşlıq platforması olan bu formatda İranın çox mühim beynəlxalq nəqliyyət çıxış imkanları formalaşmaq şansları yüksək olsa da rəsmi Tehran daha çox bu nəqliyyat dəhlizinə qarşı qəti mövqe sərgilməyə başladı. Hətta İran artıq öz alternativ fikirləri, layihələri ilə regionda yeni dəhlizin əsasın qoyaraq lokomotiv olaraq Ermənistanı da öz arxası ilə dartmaq yolunu seçib.

Burada Fars körfəzi ilə Qara dəniz arasında alternativ əlaqəni təmin edəcək marşurutdan söhbət gedir. Sirr deyil ki, İran Ermənistanla birgə Gürcüstan vasitəsilə dənizlərin, eləcə də quru ərazilərin birləşdirilməsi istiqamətində baş sındırır. Nəzərə alsaq ki, nə İranın, nə də Ermənistanın (heç bir dənizlə birbaşa əlaqəsi yoxdur) Qara dənizlə birbaşa əlaqəsi mövcud deyil, demək ki, burada yeganə seçim qonşuluqdakı Gürcüstanın imkanlarından istifadə edərək məqsədlərinə çatmaq barədə müəyyən planlar üzərində çalışırlar.

Digər yandan, İranErmənistanın və Hindistanın icra etmək istədiyi bu layihə eyni zamanda texniki baxımdan da çox çətindir. Çünki məsələ dağlıq ərazilərdən, eyni zamanda Gürcüstan-Ermənistan sərhəddində Yuxarı Lars yolu günü bu gündə soyuq havalarda buz bağladığından keçilməz bir vəziyyət yaranır, uzun-uzadı növbəyə duran TIR-lar hava şəraitinin yaxşılaşmasını gözləmək məcburiyyətində qalırlar ki, yollarına davam edələr.

İran bu layihəyə qol çəkməklə həm də yarım qalan niyyətlərini tamamlamaq barədə düşünür. Alternativ təqdim etməklə Ermənistanın Zəngəzur dəhlizinə qarşı əlini gücləndirən İran, nəticədə İrəvanın Bakı ilə razılaşmamasını təmin etməyə can atır. Bölgədə Moskva və Ankaranın qarantı olduğu şərtləri dəyişdirə biləcəyini düşünən rəsmi Tehran həm də Avropaya çıxışda Türkiyə marşrutundan xilas olmaq istəyir.

Fars körfəzi-Qara dəniz intermodal marşrutu istiqamətində addımlar atmağa çalışan İran eyni zamanda bu geoiqtisadi planla Türkiyədən asılılığa son verməyə çalışır. Türkiyənin çoğrafi movqeyi (Asiya ilə Avropa arasında periferiya roluna malikdir) çox önəmlidir. İran Türkiyədən uzaqlaşmaq istəsə də, Çin üçün Türkiyə sərfəlidir. Səbəblərindən biri və önəmlisi Çinin öz məhsullarını Avropaya çıxarması üçün ən az xərc Türkiyə üzərindən olduğu üçün hesab edilir.

Texniki baxımdan çətin olan bu nəqliyyat marşutunun təşkili üçün böyük maliyyə axını tələb olunur. Reallığı nəzərə alsaq, bu gün İranın düşdüyü iqtisadi blokada, sanksiyalar (Ermənistan barədə ümumiyyətlə danışmağa ehtiyac yoxdur) deməyə əsas yaradır ki, bu layihəni icra etmək üçün Tehranın investisiya imkanları çox məhduddur. Elə bu səbəbdən də İran-Ermənistan tandemi Hindistanı da özlərinə qoşaraq bu marşurut xəttini yaratmaq üçün geri çəkilmək fikrində olmadqılarını göstərməyə çalışırlar. Bu xüsusda Hindistanla da artıq sözügedən məsələylə bağlı çox önəmli təmaslar qurmağa nail olublar.

Hətta İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian erməni həmkarı Armen Mirzoyanla Qafanda konsulluq binasının açılışından sonra mətbuat konfransında deyib bildirib ki, "Biz Fars körfəzi-Qara dəniz dəhlizində Hindistanın oynaya biləcəyi rol haqda yekdil fikrə gəldik". İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian erməni həmkarı Ararat Mirzoyanla mətbuat konfransında deyib.

O, bu yol ilə bağlı məqsədləri reallaşdırmaq və bu dəhlizin tikintisində daha da mühüm rol oynamaq üçün Ermənistan-İran-Hindistan üçtərəfli platformasının formalaşdırılmasının vacibliyini qeyd edib: "Mənim Ermənistana səfərimin əsas məqsədlərindən biri Fars körfəzi-Qara dəniz dəhlizidir".

Deməli, yüklər İrandan (Fars körfəzi-Qara dəniz marşrutu) Ermənistana, oradan Gürcüstana - Batumi limanına, limandan gəmilər vasitəsilə Şərqi Avropa ölkələrindən birinə və oradan da quru yolla Yunanıstana, Avropanın digər bazarlarınas daşınması nəzərdə tutulur.

İran daha əvvəl də bu yolun Ermənistan üzərindən keçməsinə çalışırdı. Hətta iki tərəfin nümayəndələri bu barədə müzakirələr aparmışdılar. Bu görüşlərdən biri və önəmlisi 2021-ci ilin aprel ayında İrəvənda keçirilmişdir. Amma elə göründü ki, işlər yolunda getmədi. Proseslər, son bəyanatlar və gəlinən qərarlar deməyə əsas verir ki, bu sadəcə bir oyun idi. Demək Tehran və İrəvan hiylə işlətməyə çalışaraq çizdikləri nəqliyyat dəhlizinin gizli marşurutunu və digər proseslərini aram-aram həyata keçirmək istiqamətində gizli fəaliyyət göstəriblər.

Bu gizli sövdələşmənin ən bpyük tərəflərindən biri və məxfi qalmağı seçən Farnsadır. Beləliklə, Fransa, dolayısı ilə Avropa İttifaqı həm qaz kəmərlərini, həm də qlobal əhəmiyyətli nəqliyyat dəhlizlərini İran və Hindistanı da yanına alaraq sırf Ermənistan üzərindən, Rusiya Türkiyə və Azərbaycanı kənarda saxlamaqla həyata keçirməyə çalışır.

İran eyni zamanda bu layihəyə qol çəkməklə yarım qalan niyyətlərini tamamlamaq istəyir. Fars körfəzi-Qara dəniz intermodal marşrutu istiqamətində addımlar atmağa çalışan İran eyni zamanda bu geoiqtisadi planla Türkiyədən asılılığa son verməyə çalışır. Türkiyənin çoğrafi movqeyi (Asiya ilə Avropa arasında periferiya roluna malikdir) çox önəmlidir. İran Türkiyədən uzaqlaşmaq istəsə də, Çin üçün Türkiyə sərfəlidir. Səbəblərindən biri və önəmlisi Çinin öz məhsullarını Avropaya çıxarması üçün ən az xərc Türkiyə üzərindən olduğu üçün hesab edilir.

Amma bu tandem bilməlidir ki, regionda yeni nəqliyyat arterialarının açılması istiqamətində Türkiyə, AzərbaycanRusiyanın maraqlarının nəzərə alınmaması sözügedən marşurutun reallaşdırılması məsələsinin uğursuzluqla nəticələnəcəyi deməkdir.

Bu marşurut xəttini əngəlləyəcək ən əsas addımlardan birini rəsmi Bakı atdı

Prezident İlham Əliyevin Gürcüstan səfəri Ermənistanın İranla birgə planlarının üstündən böyük xətt çəkəcək kimi görünür. Böyük geosiyasi oyunların içində qaynayan Cənubi Qafqaz regionunun əsas lideri bu dəfə də çevik və anında düzgün qərar verərək Gürcüstanın baş nazirinin dəvətini qəbul edib, bu ölkəyə işgüzar səfərə yollanmaqla vacib manevr etmiş oldu.

O, bu səfərlə İrəvanın 10 noyabr üçtərəfli bəyanatının əsas öhdəliklərindən sayılan Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı quru yolla birləşdirən dəhlizin açılmasına mane olmağa çalışan və Ermənistanı blokadanan çıxarmaq niyyətini açıq bəyan edən Tehranın bu çabalamasının əbəs olacağı mesajını verdi.

Azərbaycan lideri bu səfərlə bir daha Gürcüstan dövlətinə və xalqına olan ehtiramını bildirməklə ona olan yüksək etimadını nümayiş etdirmiş oldu. Rəsmi Tbilisi isə belə bir məqamda, belə bir əhəmiyyətli tərəfdaşının və regionun əsas aktorunun güvənini itirəcək kimi görünmür.

Çox güman ki, bu gün enerji təhlükəsizliyi məsələsində demək olar ki, böyük ölçüdə Bakıdan asılı durumda olan, iqtisadi gəlirlərinin böyük əhəmiyyətli hissəsinin Azərbaycanın ora yatırdığı investyisiyalar hesabına təmin edildiyi Gürcüstan, bir qara qəpik də ona xeyiri dəyməyən, üstəlik ona qarşı ərazi iddiaları (Ermənistan Gürcüstanın Cavaxetiya bölgəsinin tarixi Ermənistan torpağı olduğu iddiasını qaldırır) ilə zaman-zaman çıxış edən Ermənistana görə Bakı ilə münasibətləri korlamaq barədə bu marşurut xəttinin əsas və önəmli bir hissəsinin ərazisindən keçməsinə razılıq verməyi gözə almaq istəməyəcək. Bu nöqteyi nəzərdən Azərbaycanın regionda əsas aktor kimi və iqtisadi imkanlarını nəzərə alaraq deyə bilərik ki, Gürcüstan İranErmənistan tandeminin qurduğu oyunun içində özünü görmək istəməyəcək.

Baxmayaraq ki, bu gün rəsmi Tbilisi də "3+3" formatında iştirakdan elə də məmnun deyil və Rusiyanın Cənubi Qafqazda mövqeyinin zəifləməsində maraqlı olan Qərbin əsas müttəfiqlərindən hesab edilir. Amma Gürcüstan bu nöqteyi nəzərdən Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdən, xalqının rifahını, mənafeyini hər şeydən önəmli hesab edən bir dövlət olaraq heç bir maraqlı qüvvənin təkidi ilə Ermənistanİrana Qara dəniz sərhədlərini açacaq kimi görünmür. Bunun ən əsas səbəblərindən biri də qeyd etdiyim kimi, Azərbaycanın əgər reallaşarsa, Tbilisi Tehran və İrəvana "Hə" deyərsə, bu yeni nəqliyyat marşutundan qazanacağı tranzit haqqından qat-qat artıq Gürcüstan iqtisadiyyatına xeyir verir, ölkə gəlirinin böyük bir hissəsi məhz Azərbaycan və Türkiyə investorlarının adı ilə bağlıdır.

Gürcüstan onu da çox yaxşı anlayır ki, Bakıya qarşı atacağı tərs addım təkcə Azərbaycana yox, eyni zamanda ən yaxın müttəfiqi Türkiyəyə qarşıda atılmış hesab olunacaq. Bütün bu riski gözə almaq istəməyəcək Tbilisi iki vacib hərbi-iqtisadi və siyasi əməkdaşı olan region dövlətlərinin özü üçün müxtəlif məsələlərdə gələcəkdə həyati əhəmiyyətli dəstəyindən məhrum olmaq istəmədiyindən Tehran-İrəvan-Dehli tandeminin planları elə Qara dənizdəcə "boğulacaq". Gürcüstanın bu məsələdə çox ehtiyyatlı davranacağı istisna edilmir.

Hətta avqustda Tehrana səfər edən Paşinyanın sentyabrda Tbilisiyə apardığı təklif İranla üzərində işlədikləri yeni marşurut xətti olduğu ehtimalları çox yüksəkdir. Lakin buna baxmayaraq Gürcüstanın siyasi addımları və sərgilədiyi mövqe İranın istəyinə isti baxmadığını deməyə əsas verir. Nəticədə tandem Gürcüstandan əliboş dönüb. Azərbaycanın isə Gürcüstanla maraqlar baxımından daha fərqli bir mənərəyə sahib olduğuna nəzər salsaq, o zaman Tehran-İrəvan-Dehli tandeminin işinin asan olmayacağını təxmin etmək çətin deyil. (milli.az)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Ən çox oxunanalar