Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda şəhidlərimiz yad edildi - Fotolar

Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun qələbə qazandığı Vətən Müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə orden və medallarla təltif olunan Ramid Hacıyev, Elşən Müslümov, Cavid Həsənov, Rəşad Mehdiyev, Səxavət Abbasov, Rəhim Hüseynov, Rüstəm Turabov, Anar İsgəndərov, Ruhin Xəlilov, İlqar Vəliyev, Fuad Haşımov, Mənsur Əhmədov, İmaməli Hüseynov anım günlərində yad edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət edib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub.

Anım günlərində Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən danışılıb, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən böyük diqqət və qayğıdan söz açılıb. RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanaraq şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirildiyini, o cümlədən Xırdalan şəhərində Vətən Mühariəsi şəhidlərinə həsr edilmiş Xatirə Kompleksinin inşa edildiyini vurğulayıb.

RİH-nin başçısı Abdin Fərzəliyev o cümlədən, şəhid Samir Muradovun anım günündə Siyəzən rayonunda yaşayan ailəsini də ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət göstərildiyini vurğulayıb, həyatlarının hər anında hiss etdikləri qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Orban: Müharibəni bitirmək üçün Zelenski və Putin görüşməlidir

Ən çox oxunanalar