Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və İran rəsmilərinin görüşündə Ermənistanın Araz çayını çirkləndirməsindən narahatlıq ifadə olunub

Azərbaycan və İran rəsmilərinin görüşü zamanı Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsindən narahatlıq ifadə olunub, çayın ətraf mühitinin mühafizəsi üçün birgə səylərin zəruriliyi diqqətə çatdırılıb...

PİA.az-ın xəbərinə görə, məsələ oktyabrın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqe ilə görüşdə müzakirə edilib.

Görüşdə cari ildə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edən Azərbaycanla İran arasında ali siyasi dialoqun mövcud olduğu məmnunluqla vurğulanıb.

Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində Azərbaycanİran prezidentləri arasında keçirilmiş görüş bunun təzahürü kimi qiymətləndirilib.

İki ölkə arasında siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, energetika, mədəniyyət, ətraf mühit və digər sahələrdə dostluq və qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.

Eyni zamanda bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirilib.

Bakıda keçirilən “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 6-cı iclasının əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Azərbaycanın milli siyasətinin prioritet istiqamətlərindəndir. Xəzər dənizinin ətraf mühitinə mənfi təsirin minimuma endirilməsi istiqamətində ölkəmiz tərəfindən ardıcıl tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Ekoloji problemlərin həlli üçün Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Eyni zamanda Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsindən narahatlıq ifadə olunub, çayın ətraf mühitinin mühafizəsi üçün birgə səylərin zəruriliyi diqqətə çatdırılıb.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar