Şənbə, 13 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hər dəfə Tanrı tək qalır..." - Paşa Talıblıdan yeni şeirlər

Bir ovuc torpaq...

...mənim əlimnən torpağın arası yaxşıdı,
mənim dizimnən torpağın arası yaxındı.
Bircə qarışdı torpaqnan gözümün arası -
mənim gözümnən torpağın arası yaxındı.

Torpaqnan gözümün arası - yaşadığım yer...
Beləcə haqdı gözümnən torpağın arası!
Bir ovuc torpaq qədərdi arası hər şeyin...
Bir ovuc torpaqdı gözümnən torpağın arası!

Gözümnən torpağın arası quraqlıq çəkib...
Yandırır gözümü torpağın
qurağı, Allah!
Bəsdi bir ovuc torpağın - gözümə tökməyə!
Tökülsün gözümə bir ovuc torpağın, Allah!


Sarkazmla desək...

...eşq hər camı xatırlamır -
şərab camını unudur.
...ayin və zəng səslərinə
kilsə damını unudur.

...suda batır, oddan çıxır,
üstdən girir, altdan çıxır.
...kamın lütfü yaddan çıxır -
könük kamını unudur.

...ruhumuzun pətək halı -
hanı ətək-ətək balı?
...hər dəfə Tanrı tək qalır;
yoxsa, hamını unudur?


Bu qədər hüznlümü susmaq..

...yumursan ya da ağzına
elə su alıb susursan.
...əllərnən də susmaq olur -
yanına salıb susursan!

...tarix də susur beləcə!
Necə ki, ov yox tələdə...
...susur...və həm də danışır -
elə də olur belə də!

...qırılmasa səsi çıxmır
bu dimdik, düz duran otun.
...susur çəpəki yağışlar!
Bir meh də susdurar odu...

...əllərnən də susmaq olur!
Bu necə?..bunu kim yozsun?
...bu gecə göy üzü sağkən
Ay da hazırlaşır sussun!

...daşa-divara hopur ki
çəkirsən üzülmür susmaq.
Bu qədər gözəlmi, yoxsa
bu qədər hüznlümü, susmaq?

...yumursan ya da ağzına
elə su alıb susursan.
...əllərnən də susmaq olur -
yanına salıb susursan!

Paşa Talıblı

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda dənizdə "Mercedes" markalı maşının gətirdiyi müəmma: İkisi qardaş olmaqla üç nəfər yoxa çıxıb - Yenilənib, Video

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub

Sabiq generalın milyonluq əmlakı satışa çıxarıldı: Oğlu aldı

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? - Video  

Xocavənddə Birinci Qarabağ müharibəsinin daha altı şəhidi dəfn edilib - Yenilənib

İlham Əliyev və Şahbaz Şərif mətbuata birgə bəyanatla çıxış ediblər - Yenilənib

Revmatik xəstəliklər haqda bunları bilməlisiniz - Terapevt danışdı  

İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub -Yenilənib

Bayden Zelenskini “Prezident Putin” kimi təqdim edib 

İslamabadda Azərbaycan Prezidenti ilə Pakistan Prezidentinin geniş tərkibdə görüşü olub - Yenilənib

Ən çox oxunanalar