Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar”dan ingilis dilini öyrənmək istəyənlər üçün əla fürsət!

“Nar” abunəçiləri hər iki tətbiqi 1 ay müddətində pulsuz istifadə edib sınaya bilərlər...

Mobil operator “Nar” abunəçilərinə şəxsi inkişafı dəstəkləyən mobil tətbiqlərdən 70% endirimlə istifadə etmə fürsəti verir.

İngilis dilini yeni öyrənənlər və dil biliklərini təkmilləşdirmək istəyənlər ayda cəmi 5 AZN ödəməklə “FluentWorlds” və 7.70 AZN ödəməklə “Lingokids” tətbiqlərindən yararlana bilərlər.

Üstəlik, “Nar” abunəçiləri hər iki tətbiqi 1 ay müddətində pulsuz istifadə edib sınaya bilərlər.

Bu tətbiqlər həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulur. “FluentWorlds” ingilis dilini öyrənmək üçün 3D formatda real vəziyyətlər, söhbətlər və ssenarilərlə istifadəçiləri istiqamətləndirən ilk dil öyrənmə proqramıdır. “Lingokids” proqramı isə əyləncəli oyunlar vasitəsilə ingilis dilini öyrənməyə, həmçinin ünsiyyət bacarıqlarını təkmilləşdirməyə və uşaqların yaradıcı düşüncəsini inkişaf etdirməyə kömək edir.

“Nar”ın təqdim etdiyi endirimdən faydalanmaq üçün ətraflı məlumatı nar.az/fluentworlds və nar.az/lingokids səhifələrindən əldə edə bilərsiniz. “Nar” endirimi olmadan “FluentWorlds” üçün aylıq abunə haqqı 16.99 AZN, “LingoKids” üçün isə 25.50 AZN-dir. Tətbiqləri “App Store” və “Play Store”dan yükləmək mümkündür.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - Video

Ucqar dağ kəndinin doqquz məzunundan səkkizi tələbə adını qazanıb

Ceyhun Bayramov və iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub - Yenilənib

Ən çox oxunanalar