Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Talıbovun ailə üzvlərinə məxsus daha bir şirkət kapitalını azaldır

Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb...

Ölkənin aparıcı şirkətlərindən Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC (VÖEN – 0200631761) nizamnamə kapitalını azaldır.

Yeniavaz.com xəbər verir ki, nizamnamə kapitalının azaldılması barədə qərar oktyabr ayının 3-də elan olunub. MMC-nin nizamnamə kapitalı 400 manatdan 200 manata düşürüləcək.

Məlumat üçün bildirək ki, Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC 19.12.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı “Naxçıvan şəhəri, N. Tusi, ev 5”də yerləşir. Şirkətin qanuni təmsilçisi Salmanov Ramal Sahib oğludur.

Onu da qeyd edək ki, bu il sentyabr ayının 19-da “Gəmiqaya Satış Mərkəzi” MMC (VÖEN – 0201208491) adlı şirkət də nizamnamə kapitalını azaltmaq barədə elan verib. Bu MMC nizamnamə kapitalını 100 manatdan 40 manata endirib.

Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuatda bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailə üzvlərtinə məxsus olması barədə məlumatlar yayılır və bu günə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü Gəmiqaya Holdinqin rəhbəri kimi qeyd edib.

Onu da bildirək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay