Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan qazı artıq Bolqarıstandadır” - Könül İsmayılova 

Prezident İlham Əliyevin 30 sentyabrda Bolqarıstanda rəsmi səfərdə oldu...

Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib.

İki ölkə arasındakı enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edib. Amma indiki şəraitdə bu əhəmiyyət daha da artıb. Azərbaycan qazı artıq Bolqarıstandadır və Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub. Eyni zamanda Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaq. Öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq.

Həmçinin cari ildə Azərbaycanla Bolqarıstan arasında tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artıb. Gələcəkdə bu rəqəmin daha da böyük olması üçün Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gəlib. Eyni zamanda Bolqarıstan şirkətlərinin Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacağı da gözləniləndir.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova

pia.az 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar