Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyarto: Macarıstanın Aİ Şurasına sədrliyi dövründə prioritet məsələ TDT ilə əlaqələri gücləndirməkdir

Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə TDT ölkələri ilə əlaqələrin gücləndirilməsi prioritet məsələdir...

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Şuşada keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir türk dövlətlərinin qlobal əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb.

O, həmçinin qlobal böhranlar, xüsusən də Ukraynadakı münaqişə kontekstində dialoq və əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Macarıstan dünyanın yenidən parçalanmasının qarşısını almağa çalışır, əlaqələrə və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa sadiqdir.

Nazir Macarıstanın bu yaxınlarda Macarıstan şirkətlərinin regional bazarlara çıxışını genişləndirən Türk İnvestisiya Fonduna 100 milyon ABŞ dolları məbləğində töhfəsindən danışıb.

P.Siyarto qeyd edib ki, ötən il bu ölkələrlə ticarət dövriyyəsinin həcmi 27% artaraq 5 milyard ABŞ dollarına çatıb.

XİN rəhbəri mədəniyyət və təhsil mübadilələrinin mühüm rolunu da vurğulayıb: "Bu il Macarıstanda türk dövlətlərindən olan 1585 tələbə təqaüdlə təhsil alıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar