Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır - Könül İsmayılova 

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələri Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində genişmiqyaslı təxribatlar törətdilər...

Rəsmi İrəvanın bu təxribatları törətməkdə bir neçə məqsədləri var idi:

1. İrəvan sülh sazişinin imzalanmasından qaçmaq istəyir. Ermənistanın baş naziri Nikol Paşinyanın srağagün sülh müqaviləsini imzalanacağını bildirdi. Amma sonra Paşinyan dediklərini təkzib etdi. Görünən odur ki, Paşinyan iki yol arasında qalıb və hansını seçmək ona çox çətin gəlir.

2. Bu təxribat bu günlərdə Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti samitində Azərbaycana qarşı təzyiqlərinin artırılmasına hesablanıb.

3. Ermınistanın bütün təxribatları Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına hesablanıb. Çünki Ermənistan görür ki, Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır. Buna görə də davamlı şəkildə Azərbaycana qarşı təxribatlar törədir. Amma Ermənistanın təxribatları tək Azərbaycanın yox, ümumiyyətlə bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını alır.

4. Yaşanmış insident ATƏT-in Minsk Qrupunun dirçəltməsinə də xidmət edirdi. Amma bu mövzuda cənab Prezident öz qətiyyətli mövqeyini ortaya qoyub.

Bir sözlə 13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Ermənistanın insidentləri və təxribatları ölkəmizdə həmrəylik mühitini daha da bərkidir. Azərbaycan xalqı ölkədə siyasi sabitliyin qorunması üçün əsl birlik nümayiş etdirir.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova

pia.az 


Etiket: Təxribat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Ən çox oxunanalar