Brifinqdə qurumun Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov danışır...
Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilir..
Müdafiə Nazirliyinin rəsmisi Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verir.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
pia.az