Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kraliçanın çantasında daşıdığı böyük sirr

II Elizabetlə bağlı maraqlı faktlar...

Ölümü "London körpüsü çökdü" mesajı ilə elan edilən Kraliça II Elizabetin Elizabetin ahənglə geyindiyi paltarın papaqdan tutmuş əl çantasına qədər zəriflikdən başqa mənalarının olduğu məlum olub.

PİA.az-ın məlumatına görə, kral ailəsi ekspertlərinin fikrincə, Kraliça saray xadimlərinə mesaj göndərmək üçün əl çantasından istifadə edirmiş.

Kraliçanın geyimi ilə uyğun çantaları olmadan demək olar ki, ictimaiyyət qarşısına çıxdığı görülməyib. Kral ailəsinin müxtəlif ekspertlərinin fikrincə, çantalar Kraliça üçün təkcə dəb əşyası deyildi, həm də daxil olduğu dialoqların nə vaxt bitməsini istədiyini göstərən gizli mesajlar göndərirdi.

Vaxtının çoxunu məşhur və əhəmiyyətli insanlarla görüşərək keçirən Kraliça II Elizabet üçün təhlükəsizlik tədbirləri baxımından çantaları ilə verdiyi mesajlar əməlli-başlı bir tətbiq idi.

Yazar və kral ailəsi eksperti Kristen Meinzer Kraliçanın əl çantasının bir əldən digərinə keçirməsinin saray xadimlərindən birinin onun yanına gələrək hazırkı söhbətə müdaxilə etməsini istədiyinə işarə etdiyini söyləyib.

Kral tarixçisi Huqo Vickers də Kraliça dialoqu dərhal bitirmək istəsə, pul kisəsini yerə qoyduğunu və ya barmağındakı üzüklərdən birini çevirməyə başladığını bildirib.

Kraliçanın beş dəqiqə içində bitməsini istədiyi bir şam yeməyi varsa, pul kisəsini masaya qoyduğu qeyd edilib. Bildirilib ki, Kraliça II Elizabet qonaqlarından Bukinqam sarayını tərk etməyi xahiş edəndə o, gizli zəngi basaraq bunu ətrafdakılara çatdırıb.

Qeyd olunub ki, Kraliçanın çantasında qadının daşımaq istəyə biləcəyi əşyalar, məsələn, dodaq boyası və bazar günü kilsə xidmətlərinə gedərkən bağışlamaq üçün 5-10 funt sterlinqlik əskinaslar da olub. (publika.az)

Fotolar

pia.az


Etiket: II Elizabet


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar