Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QHT təmsilçilərinin Şuşaya 3 günlük səfəri başa çatıb - Foto

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının geniş tərkibdə nümayəndə heyətlərinin Şuşa şəhərinə səfərlərində 500 nəfər iştirak edib...

APA-nın Qarabağ bürosu xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfər çərçivəsində QHT nümayəndələri, habelə bloger və ictimai fəallar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələrini və 44 günlük Vətən müharibəsindən sonra Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və genişmiqyaslı tikinti-bərpa işlərinin həcmini və sürətini izləyiblər.

Ermənilərin Şuşa şəhərini işğal altında saxladığı dövrdə şəhərin tarixini silmək üçün xüsusilə XVIII əsrin sonlarında inşa olunan qədim tikililəri, xan və bəy saraylarını, tarixi memarlıq abidələrini məhv etdiklərini gözləri ilə görüblər.

Səfər iştirakçıları Cıdır düzündə olublar, Molla Pənah Vaqifin məqbərəsini və Bülbülün ev muzeyini, şəhər mərkəzində Bülbül, Üzeyir Hacıbəyli və Xurşudbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər, Şuşa Qala Qapısında olublar.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, bu səfərdə müxtəlif sferalarda fəaliyyət göstərən QHT-lər iştirak edib:

“Onlar Şuşa ilə tanış olmaqla bərabər, müxtəlif təşəbbüslərlə də çıxış edirlər. Bu səbəbdən də səfər əhəmiyyətli olacaq. Onlar ideya və təşəbbüsləri ilə dövlət qarşısında çıxış edəcəklər, təkliflərini bizə göndərəcəklər. Araşdırma layihələrinin aparılması, tarixi mədəni abidələrin araşdırılması və eyni zamanda, tarixi mədəni abidələrin təbliğatı ilə bağlı ideyalar təqdim edəcəklər”.

pia.az


Etiket: QHT Şuşa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Ən çox oxunanalar