Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkoman taksi sürücüsü saxlanıldı

Qobustan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ”VAZ-2101” markalı nəqliyyat vasitəsinin sürücüsü,taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini Rauf Əliyev yol hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı həmin şəxsin avtomobili idarə etmək hüququnun olmadığı məlum olub.

Həmçinin, R.Əliyevin hərəkətlərində narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən sürücünün marixuana qəbul etdiyi sübuta yetirilib.

R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılmasından ötrü rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

Formula 1-dən sonra yollarda bütün məhdudiyyətlər aradan qaldırılıb

Ən çox oxunanalar