Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yenicag.az saytının 15 yaşı tamam olur

Sayt vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır...

Bu gün Yenicag.az saytının 15 yaşı tamam olur.

PİA.az xəbər verir ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan Yenicag.az saytı “Yeni Çağ” Media Qrupunun lokomotivi hesab edilir.

Belə ki, Yenicag.az saytı ilə 2007-ci il sentyabrın 5-də internet məkanına giriş edən “Yeni Çağ” 2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirərək türk (Yenicag.info) və rus (Yenicag.ru) dillərində, həmçinin 2018-ci ildən Yenicag.tv video portalı vasitəsilə oxucuları informasiya ilə təmin etməyə başlayıb, Media Qrup halını alıb.

Sayt vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

“Yeni Çağ” Media Qrupu beynəlxalq tədbirlərin sadəcə media dəstəkçisi olmaqla fəaliyyətini yekunlaşdırmır, həmçinin təşkilatçısı olduğu beynəlxalq forum, konfrans və simpoziumlarla həm ölkə daxilində, həm də xaricdə adından söz etdirməyi bacarıb.

Türkiyənin regional televiziya və onlayn mediasını öz ətrafında toplayan Anadolu Yayımçılar Dərnəyi, “Haber 7” başda olmaqla, ən nüfuzlu türk saytları, Qazaxıstanın tanınmış informasiya portalları olan “Newsroom.kz”, “Turkistan.today” və “Turkistannews.kz” saytları, Qırğızıstanın “Manas” radiosu, Gürcüstanın “The Georgian Times”, “Aktual.Ge” saytları ilə ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur.

PİA.az İnformasiya Agentliyi yenicag.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Rusiya ilə Çin arasında ödənişlər demək olar ki, qeyri-mümkün olub

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar