Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın Xerson hücumu: Zelenski təcili hərbi qərargahını topladı

Baş komandan və əməliyyat komandirləri, kəşfiyyat rəhbəri cəbhə xəttindəki vəziyyət barədə prezidentə məruzə ediblər...

Ukrayna prezidenti Vladimir Zelenski bir həftə ərzində Ali Baş Komandanın qərargahının üçüncü iclasını çağırıb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə dövlət başçısının saytında bildirilir.

“Müharibədə istirahət günləri yoxdur. Cəbhədə olanlarla daim əlaqə saxlayırıq. Təfərrüatları açıqlamayacağam, amma Ukrayna bayraqları lazımi yerə geri qayıdır. İşğalçılara bizim torpaqlarımızda yer yoxdur”, - deyə Zelenski bildirib.

İclasda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov, müdafiə naziri Aleksey Reznikov və onun müavini Rostislav Zamlinski, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, komandir Sergey Şaptala, Milli Qvardiyanın komandanı Yuri Lebed, daxili işlər naziri Denis Monastırski, infrastruktur naziri Roman Maşovets iştirak ediblər.

Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski, “Cənub” Əməliyyat komandanlığının komandanı Andrey Kovalçuk və “Qərb” Əməliyyat komandanlığının komandanı Sergey Litvinov iclasa videobağlantı vasitəsilə qatılıblar.

Baş komandan və əməliyyat komandirləri, kəşfiyyat rəhbəri cəbhə xəttindəki vəziyyət barədə prezidentə məruzə ediblər.

Xatırladaq ki, Xerson vilayətində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun mövqelərinə effektiv zərbələr endirib. Ukrayna ordusunun Oleşek, Antonovka, Reçport bölgələrində uğur qazandığı qeyd olunur.

Son məlumatlara əsasən, Ukrayna qoşunları Xerson vilayətində Vısokopolye qəsəbəsini azad edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay