Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hindustan Times” Azərbaycan Ordusunun Qarabağ müharibəsindəki gücündən yazıb

Qeyd edilir ki, Azərbaycan Ordusu ikinci Qarabağ müharibəsində İsrail istehsalı olan “Harop” pilotsuz uçan aparatlarından da istifadə edib...

İkinci Qarabağ müharibəsində Azərbaycanın “Harop” pilotsuz təyyarəsindən ibarət geniş silah arsenalı Ermənistan ordusunun pilotsuz təyyarəsi ilə müqayisədə olduqca qeyri-mütənasib idi.

“Report” xəbər verir ki, bu fikirlər “Hindustan Times”da dərc olunan hərbi mövzulu analitik məqalədə yer alıb.

Məqalədə qeyd olunur ki, Azərbaycanın pilotsuz uçuş aparatlarının (PUA) ikinci Qarabağ müharibəsində Ermənistanın hava hücumundan müdafiə sistemləri üzərində üstünlüyü birincinin həlledici üstünlüyü üçün çox vacib idi:

“Qarabağ münaqişəsi əksəriyyət üçün tipik gərginləşmiş geosiyasi gərginliyin nümunəsi olsa da, bəziləri üçün texnoloji cəhətdən inkişafa malik silahlı qüvvələrin malik olduğu misilsiz üstünlüyün ilk nümunələrindən birini nümayiş etdirib”.

Yazıda vurğulanır ki, rəqəmsal əsrdə texnologiya təkcə gündəlik həyatımızda deyil, həm də müharibələrdə inqilab edib. Pilotsuz təyyarələrin, daha əhəmiyyətli dərəcədə hərbiləşdirilmiş dronların yayılması müharibənin gələcəyini həll etmək qabiliyyətini sual altına qoyub:

“Dronların hərbiləşdirilmiş istifadəsi İHA və pilotsuz uçuş aparatları (PUA) olmaqla iki kateqoriyaya bölünür. Pilotsuz təyyarələrin hərbi məqsədləri müşahidə/kəşfiyyat, kəşfiyyat məlumatların toplanması və hədəfin əldə edilməsidir. PUA-lar isə xüsusi olaraq daha az itki üstünlüyü ilə birbaşa döyüşlərdə istifadə olunur”.

Qeyd edilir ki, Azərbaycan Ordusu ikinci Qarabağ müharibəsində İsrail istehsalı olan “Harop” pilotsuz uçan aparatlarından da istifadə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Ən çox oxunanalar