Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda sürücülərin kabusuna çevrilən “Zerkalnı Əliyar” kimdir? - Video

Avqustun 20-si Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində nəqliyyat axınının əksinə hərəkət edən və digər nəqliyyat vasitələrinə təhlükəli vəziyyət yaradan “Toyota Prado” markalı avtomobilin görüntüləri yayılıb.

PİA.az-ın məlumatına görə, ön hissəsindən nömrə nişanı sökülmüş 10 MM 100 dövlət qeydiyyat nişanlı avtomobil 75-80 yaşlı Əliyar adlı şəxsə məxsusdur. O, əhali arasında “Zerkalnı Əliyar” adı ilə tanınır. Əvvəllər də dəfələrlə qəza şəraiti yaradan, bir neçə dəfə qəza törədən və cərimə edilən avtomobilin sürücüsünün ahıl şəxs olması cəmiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, videoda görüntülənən avtomobilin sürücüsü əvvəllər dəfələrlə məsuliyyətə cəlb edilib. O, intizamsız sürücü kimi tanınan 77 yaşlı Dadaşov Əliyar Ələkbər oğludur: “Bu ilin 20 iyun tarixində o, eyni əmələ görə 4 bal və 100 manat cərimə edilib. Daha sonra, avqustun 20-si bu əməli təkrar edib. Təəssüflə qeyd etməliyəm ki, müəyyən qayda pozuntuları var ki, misal üçün qarşı yola çıxıb nəqliyyatın axınına qarşı hərəkət etmək cəriməsi 100 manat və 4 baldır, lakin bu əməllər təkrar edildikdə daha ağır cərimə növü tətbiq edilmir, çünki qanunvericilikdə nəzərdə tutulmayıb. Belə ki, qanunvericiliyimizdə bu cür qanun pozuntularını il ərzində təkrarlayan şəxslə bağlı daha ağır sanksiya yoxdur.

Göründüyü kimi, görüntüdəki şəxs iyun ayında və avqust ayında eyni əməli təkrar etsə də, hər dəfə eyni cəzanı alıb: 100 manat və 4 cərimə balı. Birbaşa yol hərəkəti üçün ciddi təhlükə və təhdid yaradan qayda pozuntuları il ərzində təkrarlanırsa, ikinci dəfə törədildikdə sürücülük hüququnun məhdudlaşdırılması qanunvericiliyimizdə nəzərdə tutulsaydı, bu daha ədalətli və effektli olardı. Belə sürücülər də düşünməzdi ki, cərimə ödəməklə məsələ bitir. Məsələn, qırmızı işıqda keçənlərlə də bağlı belə olmalıdır. İl ərzində 3 dəfə təkrar olunursa, hər dəfə 3 bal 60 manat cərimə edilir. Halbuki digər ölkələrdə belə qayda pozuntuları ilə bağlı qanunvericilikdə daha sərt tədbirlər nəzərdə tutulur. Ümumilikdə nəqliyyat axınına qarşı törədilmiş qayda pozuntularını törətmiş şəxs və nəqliyyat vasitələri ilə bağlı təkrarçılıq halları ilə bağlı qanunvericiliyimizdə dəyişikliklərin edilməsinə ehtiyac var.

Ölkəmizdə müəyyən cəzalar yüngülləşdirilib, bu, təqdirəlayiqdir. Amma elə inzibati xətalar var ki, onların qarşısının alınması üçün məsuliyyət dərinləşməlidir. Bu proses həm ədalətli olmalı, həm də qanunun aliliyi prinsiplərinə zidd olmamaqla real vəziyyətə mahiyyəti üzrə qiymət verilməsi üçün tutarlı olmalıdır!”

Qeyd edək ki, cəmiyyətdə “Zerkalnı Əliyar” adı ilə tanınan 77 yaşlı sürücü ilə bağlı çoxsaylı fikirlər dolaşmaqdadır. Bir çox sürücü onun avtomobilini gördükdə özlərini sığortalamaq istəyir, yolun kənarına çəkilərək təhlükədən uzaq olmağa çalışırlar.(Qafqazinfo)

pia.az



 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Ən çox oxunanalar