Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkərli diabetin yaranma ehtimalını artıran səbəblər açıqlanıb

"Şəkərli diabet tip 2 xəstələrində yanaşı olaraq əksər hallarda hipertoniya, ürəyin işemik xəstəliyi olur".

PİA.az xəbər verir ki, bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova deyib.

O bildiirb ki, şəkərli diabet tip 1 xəstələrində isə birincili hipotireoz (qalxanvari vəzin çatmazlığı) müşahidə edilir: "Şəkərli diabet tip 2 “metabolik sindrom” adlanan bir vəziyyətdən sonra yaranır. O sindromun bütün təzahürləri artıq şəkərli diabet tip 2 xəstəsində də olur. Eyni zamanda, şəkərli diabet bəzi genetik sindromlardan əziyyət çəkən xəstələrdə də rast gəlinir. Qeyd edim ki, əvvəllər gizli gedən mərhələlərdə diaqnoz qoyulmurdu. Hazırda müasir diaqnostika üsulları ilə diaqnozu daha erkən qoymaq mümkündür. Xəstəliyin başlanğıc mərhələsində sağlam həyat tərzi, həkimə vaxtında müraciət, pəhriz və müntəzəm fiziki məşqlər çox vacibdir".

O qeyd edib ki, şəkərli diabet hazırda ən geniş yayılmış endokrin xəstəlikdir: "Şəkərli diabet tip 1 xəstəliyinin inkişafı üçün əsas risk faktorlarından biri genetikadır. Bu tip diabetin güclü genetik komponenti var və inkişafının 50 faizindən çoxu genetik faktorlardan asılıdır. Şəkərli diabet tip 1 xəstəliyinin yaranma ehtimalını artıran səbəblərə valideynlərin birində və yaxud ikisində də həmin xəstəliyin olması, yaxud xəstəliyin geninin daşıyıcılığı, xarici faktorlar isə virus infeksiyaları sayılır. Təkanverici amil kimi isə tez-tez virus infeksiyalarına tutulma, immun sistemin zəifliyi, stres vəziyyətlər ola bilər. Şəkərli diabet tip 2 xəstəliyinin yaranma ehtimalını artıran səbəblərinə isə piylənmə, arterial hipertenziya, hiperlipidemiya (insanın qanında lipidlərin və/və ya lipoproteinlərin anormal yüksəlməsi), oturaq həyat tərzi, aşağı fiziki aktivlik və s. aiddirlər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Ən çox oxunanalar