Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan üçün yeni perspektiv - Bakı Orta Dəhlizə qoşulur?

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında bildirib ki, son zamanlar Asiya və Orta Asiyada məhsulların Rusiya üzərindən Avropa bazarlarına çatdırılması, xüsusilə Ukrayna ilə müharibə səbəbindən çətin və qeyri-mümkün görünür. Buna görə də Orta Dəhlizin və Azərbaycan, Gürcüstan və Türkiyənin mövqeyinin əhəmiyyəti artır.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa publika.az-a açıqlamasında, qeyd edilən xətlə yüklərin daşınması sahəsində böyük problemlərin olduğunu təsdiq etdi:

Rusiya-Ukrayna müharibəsi problemi daha da böyütdüyü üçün vəziyyətdən çıxış yolu tapılmalıdır. Mövlud Çavuşoğlu əslində səmimi şəkildə vəziyyətin ciddi olduğunu diqqətə çatdırır. Hər halda böyük dövlətlər bu istiqamətdə müzakirələr apararaq, bir nəticə əldə etməlidirlər”.

Çavuşoğlu rəsmi Ankaranın qarşıdakı dövrdə Gürcüstanı da belə görüşlərə qatmaq istəyilə bağlı məlumat verib.

Bu istəyin çoxdan mövcud olduğunu deyən F.Mustafa Türkiyənin həmişə Gürcüstanı bütün siyasi-iqtisadi formatlara qoşmağa çalışdığını qeyd etdi:

“Gürcüstan hükuməti bəzi hallarda müəmmalı davranışlar nümayiş etdirərək, Qərbdən, yaxud da Rusiyadan gələn mesajlarla Türkiyə ilə yaxınlaşma məsələsində bir qədər fərqli mövqe göstərir. Amma Ankara bu kursu davam etdirməkdə maraqlıdır, çünki Gürcüstanın regional layihələrdə iştirakını çox vacib sayır və bu istiqamətdəki dəstəyini heç bir vaxt əsirgəmir. Rəsmi Bakı bu məsələdən imtina etməyəcək. Dəhlizin açılması həm bölgə dövlətlərini bir-biri ilə daha da yaxınlaşdıracaq, həm də sülhün təminatına səbəb olacaq. Bağlı qalmış kommunikasiya xətləri açılacaq, dövlətlər güzəştli tariflərlə daşınmalar həyata keçirərək, qısa müddətdə öz büdcələri üçün böyük vəsait əldə edəcəklər”.

Deputatın sözlərinə görə, burdan ən çox qazanc əldə edən dövlətlərdən biri də Ermənistan olacaq:

“Çünki, uzun müddət qapalı rejimdə qaldığı üçün iqtisadiyyatı tamamilə çökmüş vəziyyətdədir. Buna görə də Yerevan bu şansdan istifadə etməlidir. Azərbaycan isə burada sülhün təminatçısı kimi çıxış edəcək. Dəhliz olandan sonra heç bir dövlətin bölgədə müharibə başlatmağa marağı olmayacaq və yaxud, özünü müharibə bölgədə istəyən kənar dövlətlərə alət olmağa rəva görməyəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq

Ən çox oxunanalar