Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndindəki separatçı banda “referendum”a hazırlaşır - 10 dekabrda

Xankəndindəki erməni separatçıları qondarma “konstitusiya”larını dəyişmək üçün “referendum”a hazırlaşırlar. Artıq bununla bağlı konkret vaxt da müəyyən edilib.

Separatçıların nümayəndəsi, özünü “ədalət partiyası”nın rəhbəri kimi təqdim edən David Qalstyan deyib ki, bu ilin 10 dekabrında “referendum” keçiriləcək və yeni “konstitusiya” qüvvəyə minəcək. “Əgər süni maneələr yaradılmasa, dekabrın 10-da Qarabağın yeni “konstitusiyası” olacaq. Komissiya artıq öz işini başa çatdırıb və peşəkar komissiya öz rəyini avqustun 1-də “milli assambleya”ya təqdim etməlidir. Ondan sonra ictimai müzakirə aparılacaq”.

Qalstyan bildirib ki, yeni “layihə”də bir sıra dəyişikliklər nəzərdə tutulub. Belə ki, 10 dekabrdan sonra Qarabağda qondarma “prezident” və “parlament” “seçkiləri”i bir-birindən ayrılacaq. Onun sözlərinə görə, əgər “prezident” istefa verəcəyi təqdirdə, “parlament” buraxılarsa, buraxılmamışdan öncə “parlament” yeni “prezidenti” seçəcək.

P.S. Qarbağdakı separatçılar heç bir şəkildə dinc oturmaq fikrində deyillər. Özlərinin qurduqları qondarma düzənin davam etməsinə çalışırlar. Ki, bunun da aqibətinin nə ilə nəticələnəcəyini də yaxşı bilirlər. Rəsmi Bakı Xankəndində hər hansı “referendum”un keçirilməsinə şübhəsiz imkan verməyəcək. Ona görə ki, belə bir şeyə icazə vermək indiyə qədər Qarabağla bağlı dediklərinin inkarı olacaq. Üstəlik, Azərbaycanın daxilində rəsmi hökumətin təyin etmədiyi hər hansı seçki, referendum qanuni sayıla bilməz. Bu, birbaşa separatçılıq və cinayətdir. Onun qarşısını almaq isə dövlətin birinci vəzifəsidir. (jamaz.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay