Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva ilə Təl-Əviv arasında “soyuq müharibə” - İsrail Rusiyanın qəzəbinə niyə tuş gəldi?

Rusiya yəhudi agentliyini qadağan edir. Moskvanın Basman Məhkəməsində “Soxnut” yəhudi təşkilatının Rusiyada bağlanması ilə bağlı məhkəmə prosesinə start verilib...

Politoloq: “Moskvanın Basman Məhkəməsində “Soxnut” yəhudi təşkilatının Rusiyada bağlanması ilə bağlı keçirilən məhkəmə prosesi heç də təsadüfi deyil”.

“Yəhudi təşkilatına qarşı Rusiyada bu prosesin başlanması Rusiyaya müttəfiqlik edən İranla bağlıdır”.

Bu sözləri politoloq Xəyal Bəşirov yəhudi təşkilatının Rusiyada bağlanması ilə bağlı keçirilən məhkəmə prosesini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Moskvanın Basman Məhkəməsində “Soxnut” yəhudi təşkilatının Rusiyada bağlanması ilə bağlı məhkəmə prosesi keçirilir. Qeyd edək ki, Rusiya tərəfindən verilən açıqlamada bildirilir ki, ölkədə 1980-ci illərin sonlarından fəaliyyət göstərən “Soxnut” Agentliyi Rusiyanın qanunlarını pozur.

Xatırladaq ki,hələ iyulun 5-də Rusiya hakimiyyət orqanları təşkilata fəaliyyətini dayandırmaq tələbi ilə məktub göndərmişdi. Məhz bu məktubdan sonra Rusiya hakimiyyət dairələri “Soxnut” yəhudi təşkilatının bağlanması ilə bağlı hərəkətə keçib. Bir çoxlarına görə isə “Soxnut” yəhudi təşkilatının bağlanması siyasi qərardır və burda həm Ukraynadakı müharibə, həm də İran faktorları rol oynayır.

Kemlin bu həmləsi də İsrail tərəfindən sərt tənqid olunmaqdadır. İsrailin Baş naziri Yair Lapid bildirib ki, Moskvanın bu addımına qarşı tutarlı cavab veriləcək. Bəzi analitiklər hesab edirlər ki, gərginliyin böyüməsi Suriyada İsrail-Rusiya qarşıdurmasına səbəb ola bilər. Bu gün axşam saatlarında isə məsələni müzakirə etmək üçün İsraildən Moskvaya nümayəndə heyəti gələcək. Nümayəndə heyətinin Ruisya rəsmiləri ilə görüşəcəyi bildirilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin İsraildən gələn nümayəndə heyətini qəbul etməyəcək.

Ukraynaya hərbi və siyasi yardım etməyən və bir çox sahələrdə, o cümlədən Suriyada Rusiya ilə əməkdaşlıq edən İsrailə Moskvanın bu qədər qəzəblənməsinin səbəbini nəylə izah etmək olar və Rusiya-İsrail münasibətlərinin kəskin pozulması daha çox hansı ölkənin ziyanına işləyə bilər?

Rusiya-İsrail əlaqələrində yaranan gərginliyii PİA.az-ın əməkdaşı politoloq və hüquqşünas Xəyal Bəşirovla müzakirə edib.

Xəyal Bəşirov: “Rusiyanın yəhudi təşkilatına qarşı atdığı bu addım bir daha ondan xəbər verir ki, Moskva İran kimi müttəfiqləri ilə birləşərək Yaxın Şərqdə Qərbin müttəfiqlərinə qarşı mübarizə aparmaq niyyətindədir”.

İsrailin hər nədər Ukrayna məsələsində bitərəf qalmaq istəməsinə baxmayaraq, Təl-Əvivin Qərbin, xüsusən də ABŞ-ın əsas strateji müttəfiqi olmasını Rusiya tərəfindən diqqətdə saxlanıldığını vurğulayan politoloq PİA.az-a bildirib ki, atdığı bu addımlarla Moskva İsrailin bitərəfliyini təminat altına almaq üçün təzyiq göstərir. Ola bilsin ki, Moskva Qərblə münasibətlərində İsraili vasitəçi olaraq cəlb etmək məqsədi də güdür. Bu üzdən də Rusiyanın İsrailə qarşı hansısa addımlarının atılması gözlənilən idi. Buna baxmayaraq politoloq İsrailllə gərginlik yaradan səbəblərdən birini də İran foktoru olduğunu istisna etmir:

“Ukrayna müharibəsi fonunda hazırda dünyada qütbləşmə prosesi gedir. Biz müharibənin başlamasının ilk günlərində bu fikirləri səsləndirəndə bəzi insanlar bu fikirləri təzyiqlə qarşıladı. Amma baş verənlər onu göstərir ki, həqiqətən də bu müharibə tək Rusiya-Ukrayna arasında deyil, eyni zamanda Rusiyanın müttəfiqləri və Ukrayna ətrafında sıx birləşən ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi Qərb dünyası arasında gedən bir nüfuz müharibəsidir.

Ona görə də Moskvanın Basman Məhkəməsində “Soxnut” yəhudi təşkilatının Rusiyada bağlanması ilə bağlı keçirilən məhkəmə prosesi heç də təsadüfi deyil. Bildiyimiz kimi İsrail bütün sahələrdə Qərbin, xüsusən də ABŞ-ın əsas strateji müttəfiqir. Rusiya da bunu diqqətə almağa məcburdur. Böyük ehtimalla bu addımlarla Moskva İsrailin bitərəfliyini təminat altına almaq üçün Təl-Əvivə təzyiq göstərir. Ola bilsin ki, Moskva Qərblə münasibətlərində İsraili vasitəçi olaraq cəlb etmək məqsədini də güdür. Bu üzdən də Rusiyanın İsrailə qarşı hansısa addımlarının atılması gözlənilən idi

Digər tərəfdən Rusiyanın yəhudi təşkilatına qarşı atdığı bu addım bir daha ondan xəbər verir ki, Moskva İran kimi müttəfiqləri ilə birləşərək Yaxın Şərqdə Qərbin müttəfiqlərinə qarşı mübarizə aparmaq niyyətindədir. Çünki İran illərdir ki, ABŞ və İsrailə qarşı mübarizə aparır və bu siyasətində dayanaqlıdır. Ona görə də Qərblə başlatdığı ölüm-dirim savaşında Rusiya üçün bölgədə ən potensial müttəfiq İrandır. Bu isə gec, ya tez, İsrailin Rusiyaya düşmən ölkəyə çevrilməsi deməkdir.

Qeyd edim ki, 13 iyulda Qərb cəbhəsinə rəhbərlik edən ABŞ-ın prezidenti Co Bayden Yaxın Şərqə səfər etdi. Uzun illər ərzində Qərbin ən yaxın müttəfiqlərindən olan Səudiyyə Ərəbistanından neft və qaz məhsullarının artırılması ilə bağlı rəsmi olaraq xahiş edildi. Səudiyyənin vəlihəd şahzadəsi hasilatı üçdə bir dəfə artırmağa söz versə də, hələ ki, bu proses başlamayıb. Əksinə Qərblə müttəfiq olub, uzun illər İranla bir-birinə qarşı düşmənçilik siyasəti yürüdən Səudiyyə Ərəbistanı rəhbərliyi Baydenin səfərindən sonra ilk dəfə İranı qonşu dövlət adlandırdı.

Xəyal Bəşirov: “Baxmayaraq Rusiya ilə İsraili bir-birinə uzun tarixi sosial-mədəni əlaqələr bağlayır və İsraildə Rusiyadan köçən yəhudilər böyük çoxluq təşkil edirlər, bundan sonra da Rusiyanın İsrailə qarşı, ya da İsrailin Rusiyaya qarşı digər addımlarının şahidi ola bilərik”.

İndiki mərhələdə “Soxnut” yəhudi təşkilatına qarşı Rusiyada bu prosesin başlanması Rusiyaya müttəfiqlik edən İranla bağlıdır. Çünki 14 iyulda İsrailə səfər edən və Yerusəlim şəhərində ABŞ prezidenti və İsrailin baş naziri Yerusəlim bəyannaməsi imzaladı. Bu bəyannamə də tam olaraq İrana qarşı yönəlib. Yerusəlim bəyannaməsində açıq şəkildə bildirilirdi ki, İran heç bir halda nüvə silahını əldə etməməlidir və İranın nüvə proqramını inkişaf etdirməsinə mane olmaq lazımdır. Hətta bəyannamədə qeyd edilirdi ki, zor tətbiq etməklə də olsa, İranın nüvə dövlətinə çevrilməsinə maneçilik törədiləcək. Bu prosesə cavab olaraq da, Rusiya özünün İrana müttəfiqliyini nümayiş etdirmək üçün ölkədə yəhudi təşkilatını bağlatdırır.

Eyni zamanda İsrail Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı çıxır, Ukraynaya silah yollamasa da, İsrail höküməti Moskvaya qarşı tətbiq edilən bütün sanksiyaların tərəfdarı kimi çıxış edir. İsrail hər nədər Ukrayna məsələsində bitərəf qalmaq istəsə də, Təl-Əviv Qərbin əsas müttəfiqi kimi davranmalı və Ukrayna məsələsində açıq şəkildə Qərbin müttəfiqi olduğunu sübut etməlidir.

Bu məqamlarla bağlı da Rusiyanın İsrailə qarşı hansısa addımlarının atılması gözlənilən idi. Düşünürəm ki, bu məhkəmə işi Rusiyanın İsrailə qarşı atdığı ciddi addım deyil. Baxmayaraq Rusiya ilə İsraili bir-birinə uzun tarixi sosial-mədəni əlaqələr bağlayır və İsraildə Rusiyadan köçən yəhudilər böyük çoxluq təşkil edirlər, bundan sonra da Rusiyanın İsrailə qarşı, ya da İsrailin Rusiyaya qarşı digər addımlarının şahidi ola bilərik.

Bu da Ukrayna müharibəsinə görə dünyada start götürən qütbləşmə prosesinin mərhələlərindən biridir. Bunun gələcəkdə daha da inkişaf etdiriləcəyini düşünürəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Ən çox oxunanalar