Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimal-Cənub nəqliyyat dəhlizi Ermənistan və İranın geosiyasi maraqlarına nə qədər xidmət edir?

Tehranda Putinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində çox maraqlı olduğu göründü...

Politoloq: “Şimal-Cənub nəqliyyat dəhlizi həm İran, həm də Ermənistan üçün vacibdir”.

“Son on ildə atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında əsas lojistik mərkəzə çevrilib”.

Bu sözləri politoloq Tofiq Abbaslı Şimal-Cənub nəqliyyat dəhlizinə artan marağın səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Putinin Tehranda Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və daha da şaxələnməsinə maraqlı olduğu göründü. Belə ki, Rusiya prezidenti Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsinin vacib olduğunu bəyan etdi. Putin jurnalistlərə açıqlamasında dedi ki, Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin işə salınması üçün Rəşt-Astara dəmir yolunun İran ərazisindən keçən hissəsini tikməyə hazırdır.

Onun sözlərinə görə, Rusiya “Şimal-Cənub” dəhlizinin işə salınması üçün Cənubi Qafqazda İrana gedən nəqliyyat infrastrukturunun bərpası məsələsinin həlli ilə məşğul olur. Bu, İranın cənub limanlarına, oradan isə Fars körfəzinə və Hindistana gedən qısa marşrutdur

Tehran sammitindən həmən sonra isə AzərbaycanRusiya xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizini müzakirə ediblər. Zəngəzur dəhlizinin də daxil olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin işlək olması Ermənistanİranın geosiyasi maraqlarına nə qədər xidmət edir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Tofiq Abbaslı ilə müzakirə edib.

Tofiq Abbaslı: “Dünyada yükdaşımalar və lojistika mərkəzlərinə sahib olmaq uğrunda mübarizə gedir. Mən deyərdim ki, hətta bu iqtisadi müharibəyə bənzər bir mübarizədir”.

İranın müxtəlif ölkələrə, dənizlərə və körfəzlərə çıxışlarının olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, İran üçün indiki şəraitdə onların ölkəsindən çıxışlar şaxələnsin, nəqliyyat dəhlizləri müxtəlif istiqamətlərə yönəlsin. O cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin şaxələnməsi və genişlənməsi də İran üçün son dərəcə mühümdür:

“Nəqliyyat dəhlizlərinin fəaliyyətdə olması, onların işlək vəziyyətə gətirilməsi konkret ölkələrin, yəni o proseslərə aidiyyətı olan məmləkətlərin marağındadırsa və onlar bu işdə əməli dəstək göstərə bilirlərsə, onda bu proseslər tez bir zamanda təmin olunur. Bizim bölgədə müxtəlif variantlar var. Bunlar Şimal-Cənub, Şərq-Qərb və onların da şaxələri var. Bunlar hamısı inkişaf etdikdə müxtəlif yeni əməkdaşlıq formatları da formalaşacaq.

Şimal-Cənub nəqliyyat dəhlizi həm İran, həm də Ermənistan üçün vacibdir. Söhbət tək həmin ölkələrin ikitərəfli maraqlarından getmir. İran böyük dövlətdir. Onun müxtəlif ölkələrə, dənizlərə və körfəzlərə çıxışı var. İran üçün indiki şəraitdə son dərəcə mühümdir ki, onların ölkəsindən çıxışlar şaxələnsin, nəqliyyat dəhlizləri müxtəlif istiqamətlərə yönəlsin. O cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin şaxələnməsi və genişlənməsi də İran üçün son dərəcə mühümdür. Çünki dünyada yükdaşımalar və lojistika mərkəzlərinə sahib olmaq uğrunda mübarizə gedir. Mən deyərdim ki, hətta bu iqtisadi müharibəyə bənzər bir mübarizədir.

Son dövrlərdə dövlət rəhbərləri, iqtisadi blokaların iştirakçıları yükdaşımalara və lojistik mərkəzlərə böyük önəm verirlər. Çünki bu real mənfəət gətirir. Digər tərəfdən də kommunikasiya prosesini təmin edir, dünya iqtisadiyyatının dövriyyəsini qüvvədə saxlayır. Kommunikasiya olmasa, heç vaxt inkişaf da olmaz.

Bu proseslərdə də Azərbaycan özünəməxsus rol oynayır və artıq demək olar ki, son on ildə atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında əsas lojistik mərkəzə çevrilib. Bizim bölgəmiz son dərəcə həlledici bölgədir. Azərbaycan müxtəlif istiqamətlərə və müxtəlif bölgələrə açar rolunu oynayır. Azərbaycanın da marağı odur ki, yenidən fəaliyyətə başlayan, tikilməkdə olan bu kommunikasiyalarda qırmızı işıq yox, yaşıl işıq yandırılsın və biz onu təmin edirik.

Tofiq Abbaslı: “İndi gündəmdə Orta Dəhliz söhbəti var. Bu Çindən, Hindistandan, bizim bölgədən keçərək Avropaya uzanan bir xətdir”.

Azərbaycan onsuz da bilir ki, Ermənistan bütün regional layihələrdə dağıdıcı rol oynayır. Onların marağında olan odur ki, özləri kimi bütün ölkələri də müflis vəziyyətə salsınlar. Ancaq bu olan iş deyil. Çünki bu yalnız və yalnız xəstə təfəkkürün məhsuludur. İnsanlar, xalqlar həmişə çalışırlar ki, tərəqqi etsinlər, güzəranlarını düzəltsinlər. Bu işlərdə də yükdaşımaların böyük rolu var. Çünki onlar uzaqdan-uzağa lazım olan malları, texnologiyaları sorğu ilə sifariş edirlər. Aldıqdan sonra da onun xeyrini görürlər.

Bildiyimiz kimi indi gündəmdə Orta Dəhliz söhbəti var. Bu Çindən, Hindistandan, bizim bölgədən keçərək Avropaya uzanan bir xətdir. Ukrayna Rusiya münasibətləri çərçivəsində biz görürük ki, nə dərəcədə Orta Dəhlizə maraq artıb. Orta Dəhliz də məhz Azərbaycanın hüdudlarından keçir. Buna görə də ölkəmiz bütün proseslərin hamısını təmin edir. Ermənistan bu proseslərdə nə qədər maneçilik törətsə də, heç nəyə nail ola bilməyəcək. Çünki artıq müharibənin nəticələri gündəmdədir. Eyni zamanda Azərbaycan dövləti proseslərin hamısını nəzarətdə saxlayır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Ən çox oxunanalar